Müəllim öyrəndikcə öyrədir !
Müəllim öyrəndikcə öyrədir!
AzTehsil.com xəbər verir ki, Quba - Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, Quba rayon Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbdə təlimlər keçirilib.Təlimin məqsədi müəllimlərimizin müxtəlif təlimlərdə və seminarlarda iştirak etməsi onların akademik və metodik biliklərinin inkişafı üçün böyük imkan yaradır. STEAM, xarici dil, ibtidai sinif sahələrində əldə edilən biliklər, eləcə də hazırda riyaziyyat müəllimimizin Gürcüstanda təşkil olunan təlimdə iştirakı bizi çox sevindirir.
Müəllim hər zaman addım-addım öyrənməli və qazandığı bilikləri sinif otağına gətirməlidir. Yeni tədris ili ərəfəsində müəllimlərimizin bu görüşlərdə əldə etdiyi bacarıq və təcrübələri məktəbimizin keyfiyyətinə mühüm töhfə verəcəyinə inanıram🙏🏻
Quba-Xaçmaz Regional Təhsil İdarəsi
Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi