AzTehsil.com

Xəbərlər / Ziyalılar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Bölgə
04 sentyabr 2025
944

Naxçıvanda yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib



Naxçıvanda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib


AzTehsil.com xəbər verir ki, sentyabrın 3-də Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.


Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bilik yarışında böyük nailiyyətlər qazanan gəncləri səmimi-qəlbdən salamlayıb, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib.


Səlahiyyətli nümayəndə qeyd edib ki, dövlət siyasətinin tərkib hissəsi olaraq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da təhsilə xüsusi yer ayrılıb. Bu qayğı isə öz bəhrəsini verir. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr qazanılır. Bütün bunlar 2024-2025-ci tədris ilində muxtar respublikada 4752 şagirdin ümumi orta, 3992 şagirdin tam orta təhsil səviyyəsini uğurla başa vurmasına imkan yaradıb. Təhsili xüsusi nailiyyətlərlə başa vuran 4 şagird qızıl nişana, 281 şagird isə fərqlənmə attestatına layiq görülüb. Naxçıvanda 2024-2025-ci tədris ili üzrə fərqlənmə attestatına layiq görülən məzunların sayı son 30 ilin nəticələrinə əsasən ən yüksək səviyyədə olub. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində 396 məzun 500-700, o cümlədən 291 nəfər 500-600, 77 məzun 600-650, 28 şagird isə 650-700 intervalında bal toplayıb. Ötən illə müqayisədə yüksək nəticə göstərən məzunların sayı 16 faiz artıb. Bu da muxtar respublikada son 30 ildə əldə olunan ən yüksək göstəricidir.


Təhsilə qoyulan sərmayəni ölkənin gələcəyinə qoyulan sərmayə kimi dəyərləndirən Fuad Nəcəfli vurğulayıb ki, biliklərə əsaslanan iqtisadiyyat, innovasiyayönümlü inkişaf yaşadığımız dövrün reallıqlarıdır. Bu strateji baxış dövlət siyasətimizin əsasını təşkil edir. Ulu Öndərin müdrik uzaqgörənliyi, həm də ölkə başçısı cənab İlham Əliyevin bu xətti ardıcıl şəkildə davam etdirməsi göstərir ki, təhsil Azərbaycanın gələcəyini müəyyənləşdirən ən mühüm amildir. Beləliklə, tələbəlik illəri gənclərdən daha çox məsuliyyət, daha çox zəhmət, daha geniş dünyagörüşü tələb edir. Təhsili uğurla başa vurmaq, seçdiyi ixtisası dərindən öyrənmək, kamil mütəxəssis kimi yetişmək tələbələrin qarşısında duran əsas vəzifələrdir. Əldə olunan biliklər yalnız gənclərin gələcəyi üçün deyil, həm də Azərbaycanın gələcəyi üçündür.


“Naxçıvan torpağı tarixboyu Vətənə elmli, mədəniyyətli, vətənpərvər insanlar bəxş edib. Sizin də yolunuz bu ənənələrin davamı olacaq. Biz inanırıq ki, siz gələcəkdə bilik və bacarığınızla ölkəmizin inkişafına, milli dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verəcəksiniz”, - deyən səlahiyyətli nümayəndə gənclərə oxuduqları universitetdən, seçdikləri ixtisasdan asılı olmayaraq, Vətənə bağlı olmağı, dəyərlərimizə sadiq qalmağı, bilik və təcrübələrini Azərbaycan üçün sərf etməyi tövsiyə edib.


Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 2025-ci ilin Naxçıvan təhsili üçün ən uğurlu illərdən biri olduğunu vurğulayıb. Nazir bu il ilk məzun buraxılışı olan Naxçıvan Dövlət Universitetinin gimnazisyasını uğurlu nəticə münasibətilə təbrik edərək deyib ki, gimnaziyanı 36 məzun bitirib. Onlardan 16-sı 500-700 intervalında bal toplayıb. Həmçinin vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin ötən tədris ili ilə bağlı açıqladığı hesabata əsasən buraxılış və qəbul imtahanlarında ölkə üzrə ilk beşlikdə Naxçıvan şəhərinin, Şahbuz rayonunun məktəbliləri yer alır.


Naxçıvan məktəblilərinin ötənəldə etdiyi yüksək nəticələrdən bəhs edən nazir diqqətə çatdırıb ki, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdi Nərmin Əliyeva ABŞ və digər ölkələrin universitetlərinə qəbul üçün keçirilən beynəlxalq SAT imtahanı üzrə 1600 ballıq sistemdən 1580 bal nəticə göstərərək ölkə birinciliyi və dünya üzrə ən yüksək nəticə göstərən 1 faizlik tələbə siyahısına daxil olub. Həmçinin Naxçıvan Qızlar Liseyinin şagirdi Nuray Cabbarlı 22 ölkədən müraciət edən 35 min namizəd arasından seçilərək beynəlxalq FLEX proqramına qəbul olunaraq ABŞ-də təhsil almaq imkanı qazanıb. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Elgün Şükürov isə TECNEST Təqaüdünə və CİSCO Beynəlxalq sertifikatına layiq görülüb. Həmçinin Naxçıvan məktəbliləri ilk dəfə olaraq PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak ediblər. Həmçinin Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olub.


Tədbirdə çıxış edən nazir diqqətə çatdırıb ki, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdi Nərmin Əliyeva ABŞ və digər ölkələrin universitetlərinə qəbul üçün keçirilən beynəlxalq SAT imtahanı üzrə 1600 ballıq sistemdən 1580 bal nəticə göstərərək ölkə birinciliyi və dünya üzrə ən yüksək nəticə göstərən 1 faizlik tələbə siyahısına daxil olub. Həmçinin Naxçıvan Qızlar Liseyinin şagirdi Nuray Cabbarlı 22 ölkədən müraciət edən 35 min namizəd arasından seçilərək beynəlxalq FLEX proqramına qəbul olunaraq ABŞ-də təhsil almaq imkanı qazanıb. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Elgün Şükürov isə TECNEST Təqaüdünə və CİSCO Beynəlxalq sertifikatına layiq görülüb. Həmçinin Naxçıvan məktəbliləri ilk dəfə olaraq PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak ediblər. Həmçinin Naxçıvan məktəbliləri Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında I yerin qalibi olub.


Tədbirdə çıxış edən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin məzunu Oruc Rəhimlinin anası Səfurə Hüseynova övladlarının əldə etdiyi nailiyyətlərin ölkə başçısının təhsilə göstərdiyi diqqət və gənclərimizə yaratdığı imkanların bariz nəticəsi olduğunu deyib, yaradılan şəraitə görə ölkə başçısına bütün valideynlər adından minnətdarlığını bildirib.


Ali məktəblərə keçirilən qəbul imtahanlarında 690 bal toplayaraq muxtar respublika birincisi olan Naxçıvan Qızlar Liseyinin məzunu Sehrin Cəfərova əmin edib ki, ölkəmizin inkişafına töhfə verən savadlı, bacarıqlı, əzmkar və vətənpərvər gənclik nümunəsi olacaqlar.


Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edən məzunlarla xatirə fotosu çəkdirib.

Tədbirdə 500-700 intervalında nəticə əldə etmiş məzunlar mükafatlandırılıb.



Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI