"Milli Musiqi Gününə" həsr olunmuş geniş konsert proqramı təşkil OLUNACAQ
Beynəlxalq Muğam Mərkəzi mövsümü Milli Musiqi Gününə həsr olunmuş geniş konsert proqramı ilə açacaq.
AzTehsil.com xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 18-də keçiriləcək konsert proqramında mərkəzin iki kollektivi - Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Mustafa Aşurov) və Cahangir Cahangirov adına Xor (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) çıxış edəcək. Proqrama dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri daxildir.
Konsertdə görkəmli bəstəkarın ölməz əsərləri ifa olunacaq, operaları və operettaları əsasında maraqlı kompozisiyalar təqdim ediləcək.