AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
03 sentyabr 2025
867

Tarixini öz dilində öyrənənlər qlobal mühitdə özünü inamla ifadə edirlər




Ötən dərs ilindən tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinin V siniflərində Azərbaycan tarixi fənni dövlət dilində keçirilir. Tədrisi digər dillərdə aparılan V siniflə yanaşı, VI siniflərdə də bu fənn yeni dərs ilindən Azərbaycan dilində keçiriləcək. Bu məqsədlə VI sinif şagirdləri üçün yeni kurikulumlar əsasında yeni dərslik də hazırlanıb.


Bu qərarın arxasında nə dayanır? Milli şüurun formalaşması prosesində bu qərarın rolu olacaqmı? Bu dəyişiklik şagirdlərin milli-mənəvi təfəkkürünün inkişafına necə təsir göstərəcək?


AzTehsil.com xəbər verir ki, bir çox tarix dərsliklərinin müəllifi, Bakı şəhəri 163 nömrəli tam orta məktəbin müəllimi Ramil Tanrıverdi “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib ki, tarix insan cəmiyyətinin keçmişini öyrənən elm olmaqla yanaşı, xalqların kimliyini, mədəniyyətini və milli yaddaşını qoruyan ən mühüm vasitədir: “Təhsil müəssisələrində tarix fənninin tədrisi yalnız bilik qazandırmaq funksiyası daşımır, həm də milli şüurun formalaşmasına, vətənpərvərlik hisslərinin inkişafına və şagirdlərin ictimai-mənəvi inkişafına xidmət edir. Dünya tarixinin tərkib hissəsi olan Azərbaycan tarixinin öyrədilməsi gənclərin milli kimliyinin formalaşmasında mühüm rol oynayır. Məktəblərdə tarix dərslərinin müxtəlif metod və üsullarla keçirilməsi, şagirdlərin həm milli-mənəvi dəyərlərlə tanışlığına, həm də dövlətçilik ənənələrinə bağlılığının möhkəmlənməsinə şərait yaradır. Tarix fənninin tədrisi şagirdlərin həm milli, həm də ümumbəşəri dəyərlərlə zənginləşməsinə xidmət edir. Bu fənn gənclərə xalqın mənşəyi, dövlətçilik ənənələri və mədəni irsi haqqında biliklər verərək milli qürur hissini möhkəmləndirir, eyni zamanda dövlətçilik şüurunu, vətənə sədaqət və ictimai məsuliyyət hissini inkişaf etdirir. Tarix dərsləri yalnız milli keçmişi deyil, dünya sivilizasiyalarını da öyrədərək geniş dünya görüşü, tolerantlıq və humanist dəyərlər formalaşdırır. Bununla yanaşı, tarixi hadisələrin səbəb-nəticə əlaqələrinin təhlili analitik və tənqidi düşüncə bacarıqlarının inkişafına xidmət edir”.


Onun fikrincə, bu baxımdan tarix fənninin dövlət dilində tədrisi xüsusi əhəmiyyət kəsb edir: 


“Son illərdə “Zəfər tarixi”ndən sonra Azərbaycan tarixi dərslərinin tədrisi yalnız Azərbaycan bölmələrində deyil, eyni zamanda rus və digər dillərdə təhsil alan siniflərdə də dövlət dilində aparılmağa başlanıb. Bu dəyişiklik şagirdlərin milli-mənəvi təfəkkürünün inkişafında xüsusi rol oynayır. İlk növbədə, tarix dərslərinin Azərbaycan dilində keçirilməsi şagirdlərdə dövlət dilinə marağı artırır. Bumüəssisələrində tarix fənninin tədrisi yalnız bilik qazandırmaq funksiyası daşımır, həm də milli şüurun formalaşmasına, vətənpərvərlik hisslərinin inkişafına və şagirdlərin ictimai-mənəvi inkişafına xidmət edir. Dünya tarixinin tərkib hissəsi olan Azərbaycan tarixinin öyrədilməsi gənclərin milli kimliyinin formalaşmasında mühüm rol oynayır. Məktəblərdə tarix dərslərinin müxtəlif metod və üsullarla keçirilməsi, şagirdlərin həm milli-mənəvi dəyərlərlə tanışlığına, həm də dövlətçilik ənənələrinə bağlılığının möhkəmlənməsinə şərait yaradır. Tarix fənninin tədrisi şagirdlərin həm milli, həm də ümumbəşəri dəyərlərlə zənginləşməsinə xidmət edir. Bu fənn gənclərə xalqın mənşəyi, dövlətçilik ənənələri və mədəni irsi haqqında biliklər verərək milli qürur hissini möhkəmləndirir, eyni zamanda dövlətçilik şüurunu, vətənə sədaqət və ictimai məsuliyyət hissini inkişaf etdirir. Tarix dərsləri yalnız milli keçmişi deyil, dünya sivilizasiyalarını da öyrədərək geniş dünya görüşü, tolerantlıq və humanist dəyərlər formalaşdırır. Bununla yanaşı, tarixi hadisələrin səbəb-nəticə əlaqələrinin təhlili analitik və tənqidi düşüncə bacarıqlarının inkişafına xidmət edir”.


Onun fikrincə, bu baxımdan tarix fənninin dövlət dilində tədrisi xüsusi əhəmiyyət kəsb edir: 


“Son illərdə “Zəfər tarixi”ndən sonra Azərbaycan tarixi dərslərinin tədrisi yalnız Azərbaycan bölmələrində deyil, eyni zamanda rus və digər dillərdə təhsil alan siniflərdə də dövlət dilində aparılmağa başlanıb. Bu dəyişiklik şagirdlərin milli-mənəvi təfəkkürünün inkişafında xüsusi rol oynayır. İlk növbədə, tarix dərslərinin Azərbaycan dilində keçirilməsi şagirdlərdə dövlət dilinə marağı artırır. Bu proses yalnız dil biliklərinin genişlənməsi ilə kifayətlənmir, həm də ana dilinin daşıdığı milli yaddaş və mədəniyyətin daha dərindən mənimsənilməsinə imkan verir. Tarixi terminlər, coğrafi adlar və mədəniyyət nümunələrinin orijinal şəkildə təqdim olunması milli özünüdərkin formalaşmasına şərait yaradır”. 


Dərsliklərin müəllifi hesab edir ki, Azərbaycan tarixinin dövlət dilində tədrisi milli-mənəvi kimliyə birbaşa təsir göstərir. Rusdilli siniflərdə şagirdlərin doğma tariximizi Azərbaycan dilində öyrənməsi onların milli şüurunun daha yaxşı formalaşmasına gətirib çıxarır.

Bundan başqa, bu yanaşma inteqrasiya xarakteri daşıyır.“Hadisələrin ana dilində öyrədilməsi tarixi yaddaşın nəsildən-nəslə ötürülməsini asanlaşdırır”


Ramil Tanrıverdinin fikrincə, şagirdlər digər fənləri rus dilində öyrənsələr də, tarix dərslərində Azərbaycan dilinə keçid edərək milli-mədəni mühitlə sıx təmasda olurlar. Bu proses onların dillərinin inkişafına, həm də Azərbaycan cəmiyyətinə daha harmonik şəkildə inteqrasiya olunmasına xidmət edir: “Tarix dərslərinin Azərbaycan dilində keçirilməsi şagirdlərin yalnız sözləri deyil, həmin sözlərin daşıdığı mədəni yükləri də mənimsəməsinə şərait yaradır. Bu, onların folklor, ədəbiyyat və incəsənətə dair biliklərinin dərinləşməsinə səbəb olur. Hadisələrin ana dilində öyrədilməsi isə şagirdlərdə emosional bağlılığı gücləndirir və tarixi yaddaşın nəsildən-nəslə ötürülməsini asanlaşdırır. Həmçinin milli qəhrəmanların və tarixi şəxsiyyətlərin obrazlarının Azərbaycan dilində öyrədilməsi şagirdlər üçün əxlaqi və davranış modeli rolunu oynayır. Bu da onların şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır”.


Vətəninin tarixini ana dilində öyrənmək qlobal mühitdə özünü inamla ifadə etmək imkanı yaradır: “Nəticədə, rus bölməsində təhsil alan şagirdlər Azərbaycan dilində tarix öyrəndikdə, iki mədəniyyət arasında seçim dilemması ilə qarşılaşmır, əksinə, milli mədəniyyətini daha dərindən mənimsəyərək qlobal mühitdə özünü inamla ifadə etmək imkanına sahib olurlar”.


Müəllim vurğulayıb ki, tədrisi rus dilində olan siniflərdə tarix dərslərinin Azərbaycan dilində aparılması şagirdlərin milli-mənəvi təfəkkürünün inkişafına mühüm töhfələr verir. Bu proses onların dil biliklərini zənginləşdirməklə yanaşı, milli kimliklərini gücləndirir, dövlətçilik ənənələrinə bağlılıqlarını artırır və milli həmrəylik mühitinin yaranmasına xidmət edir: “Beləliklə, tarix fənninin Azərbaycan dilində tədrisi həm şagirdlərin şəxsi inkişafında, həm də cəmiyyətin milli-mənəvi birliyində mühüm rol oynayır”.




Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

"Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar"

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

“Azərbaycan tarixi” dərsliklərində Cümhuriyyətin tarixi necə təsvir olunub?

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"İşıqlı gələcəyə inamla aparan yol"

"İşıqlı gələcəyə inamla aparan yol"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Müasir  və  ənənəvi dərsin  paradiqmaları- Abdulla Mehrabov

Müasir və ənənəvi dərsin paradiqmaları- Abdulla Mehrabov

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər