AzTehsil.com

Xəbərlər / Valideyn / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
02 sentyabr 2025
981

Valideynlər məktəb ləvazimatları axtarışına çıxıblar




Yeni dərs ili yaxınlaşdıqca valideynlər mağaza və bazarlarda məktəbli geyimləri, çantalar və digər ləvazimatların axtarışına çıxıblar.


Qiymətlər, seçim imkanları və keyfiyyət məsələsi isə hər il olduğu kimi bu dəfə də müzakirə mövzusudur. AzTehsil.com- n məlumatına görə, Elm və Təhsil Nazirliyinin "Azərbaycan müəllimi" qəzeti qiymətlərlə bağlı araşdırma aparıb.


Valideynlərdən biri iki övladı üçün məktəb alış-verişinə 250-300 manat xərclədiyini deyir. Onun sözlərinə görə, bir uşağa geyim xərcləri orta hesabla 75 manatdan başlayır, amma dəbli dükanlardan alınanda 100-200 manata qədər yüksələ bilir. Çantaları isə endirimlə 28 manata alıb: “Evdə keçən ildən qalan çantalar olsa da, uşaqların sevinci üçün yenisini alıram”.


Özbəkistandan gəlmiş valideyn İradə Hamit isə ilk alış-verişini 100 manata tamamladığını bildirir: “Ümumi xərclər təxminən 300 manat olacaq. İki il əvvəl qiymətlər daha baha idi, indi isə bir az ucuzdur”.


Başqa bir valideyn Amaliya Seyidcamalova isə bu il geyimlərin ötən ildən ucuz olduğunu qeyd edir: “Ötən il bir köynəyi 15 manata almışdım, indi 9 manata. Çantamızı isə 16 manata aldıq. Ümumi xərclərimiz 150 manata yaxın olacaq”.


Satıcıların sözlərinə görə, məktəbli geyimlərinin qiymətləri mağazadan mağazaya dəyişir. Lamiyə Nəcəfli bildirir ki, Türkiyə istehsalı olan köynəklər 20 faiz, şalvarlar isə 15 faiz endirimlə satılır. Ayaqqabılar 50 manata, çantalar isə 40-50 manat arasında dəyişir. Başqa bir satıcı Xalid Tağıyev isə qiymətlərin 12-40 manat arasında olduğunu, eyni məhsulların mərkəzdə 70-80 manata təklif edildiyini vurğulayır.


Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov isə rəsmi olaraq qiymətlərin ciddi endirimlə satıldığını bildirir: qısaqollu köynəklər 8 manata, uzunqollular 10 manata, şalvar və ətəklər 15 manata, jaketlər isə 20 manata endirilib. Onun sözlərinə görə, keyfiyyətsiz və mənşəyi məlum olmayan ucuz mallar bazara çıxarıldığından qiymətlər aşağı salınıb.


Uşaqlar isə yeni çanta və geyimlərini həyəcanla sınayır. 6-cı sinif şagirdi Emin Qaflanov futbol şəkilli çanta istəsə də, anası daha rahat model seçib. 1-ci sinifə gedəcək Emil Quliyev isə göy-qırmızı çantasını sevinclə kürəyinə taxaraq ilk məktəb gününü səbirsizliklə gözləyir.


Beləliklə, valideynlərin sözlərinə görə, bir şagirdin məktəb bazarlığı orta hesabla 150-300 manat arasında dəyişir. Qiymət fərqləri isə daha çox seçilən məhsulun keyfiyyətindən və alış yerindən asılıdır.



Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı  geyimləri necə  olmalıdır ?

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı geyimləri necə olmalıdır ?

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Təhsilin görünməyən maliyyə yükü

Təhsilin görünməyən maliyyə yükü

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Od tutub yanan hazırlıq qiymətləri - ARAŞDIRMA

Od tutub yanan hazırlıq qiymətləri - ARAŞDIRMA

Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

Şagird xərcləri ilə bağlı heyrətləndirici təkliflər – “Nəqliyyat, isti yemək və meyvə pulsuz olmalıdır”

“Məktəbli forması” yenidən gündəmdə

“Məktəbli forması” yenidən gündəmdə

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Nadir İsrafilov: “Əgər hər məktəb dörd geyim formasından birini seçəcəksə, bunun nəyi vahid forma olur.”

Nadir İsrafilov: “Əgər hər məktəb dörd geyim formasından birini seçəcəksə, bunun nəyi vahid forma olur.”

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

Bakıdakı özəl məktəblərdə qiymətlər - REPORTAJ

Bakıdakı özəl məktəblərdə qiymətlər - REPORTAJ

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."