AzTehsil.com

Xəbərlər / test / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Sual / Cəmiyyət / Dünya / Manşet / Bölgə
20 avqust 2025
1 280

“Sinifə siçan da, hinduşka da girmişdi”- MİQ-in “qəribə” suallar



Bu gün MİQ müsahibə mərhələsinin ilk günüdür. Rus dili və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə müsahibələr təşkil olunur.


AzTehsil.com  xəbər verir ki, Quba rayon Vidadi Məmmədsalahov adına Cimi kənd tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Məmmədli MİQ müsahibə mərhələsiylə bağlı fikirlərini bölüşüb:


Müəllimlərin İşə Qəbulu müsabiqəsinin müsahibə mərhələsində verilən suallardan biri belədir:


"Dərs keçdiyiniz zaman sinfə hər hansısa bir heyvan – fil, quş və s. daxil olarsa, nə edərsiniz?"


Bəzi insanlar bu sualı gülüş doğuran, hətta ələ salınacaq bir şey kimi təqdim edirlər. Amma mən, 8 illik pedaqoji fəaliyyətimdə kənd məktəblərində çalışan bir müəllim kimi, bununla razı deyiləm.


Bu cür suallar qeyri-adi görünsə də, əslində bizim təxəyyülümüzün genişliyini, ən əsası isə gözlənilməz situasiyalarda necə adekvat qərar verəcəyimizi yoxlamaq üçündür. Çünki müəllimlik elə bir peşədir ki, bəzən müsahibədə verilən bu “qəribə” suallardan da qəribə halların tam mərkəzində qala bilərik".


Öz təcrübəmdən real misallar var


"Pedaqoji fəaliyyətimin ilk illərində dərs zamanı sinfə naməlum bir böcək girmişdi. Qorxudan sinfi tərk etdim və yalnız uşaqlar onu kənara çıxardıqdan sonra geri qayıtdım. Həmin gün çox düşündüm: bəs əgər şagirdlər də mənim kimi qorxmuş olsaydı? O hadisə mənə dərs oldu.


Bir neçə il sonra isə sinifdə balaca bir siçan peyda oldu. Şagirdlər hələ görməmişdilər. Səs-küy yaranmasın deyə əvvəlcə sakitcə mövzunu bağladım, sonra uşaqlara siçanların da canlı olduğunu, qorxulu olmadığını danışdım. Onları sakitləşdirdim, hətta siçanı maraqla izlədilər. Dərsin sonunda texniki işçilər onu məktəbdən kənarda buraxdılar. Maraqlısı odur ki, mən normalda siçanlardan çox qorxuram. Amma o anda şagirdlərin qarşısında tam əksini nümayiş etdirmək məcburiyyətində idim və bu, həm mənim üçün, həm də şagirdlər üçün gözəl təcrübə oldu.


Dağ kəndində işlədiyim illərdə isə dərs zamanı sinfə hinduşka girmişdi. Onda da zarafatla “qonağımız xoş gəlib” dedim və dərsi pozmadan sakitcə bayıra çıxartdım".


MİQ sualları əslində realdır


"Bütün bunlar onu göstərir ki, müsahibədə verilən “qəribə” sual əslində çox realdır. Çünki müəllim hər gün gözlənilməz hallarla üz-üzə qala bilər. Əsas məsələ uşaqlara təhlükəsizlik, adekvat reaksiya və sakitliyi aşılamaqdır.


Demək istədiyim odur ki, müəllimlik sadəcə dərs izah etmək deyil. Müəllim hər gün qarşısında oturan uşaqlara davranışı, sakitliyi və münasibəti ilə həyat dərsi keçir. Bəzən sinif otağı kitabdan daha böyük bir dərsliyə çevrilir.


Çünki müəllimlik - gözlənilməz anlarda belə uşaqlar üçün güvənc, təmkin və dayaq ola bilməkdir".



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Müəllimlik ixtisaslarında təhsil haqları nə qədər bahalaşıb?

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Tədris işləri üzrə direktor müavininin vəzifə təlimatı

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Çalışmanın  yaş  həddinə çatmış  dəyərli  müəllimlərə -HEKAYƏ

Çalışmanın yaş həddinə çatmış dəyərli müəllimlərə -HEKAYƏ

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Metodbirləşmələr

Metodbirləşmələr

Dünyanın əslində düz olduğunu ciddi şəkildə sübut etməyə çalışan qəribə faktlar

Dünyanın əslində düz olduğunu ciddi şəkildə sübut etməyə çalışan qəribə faktlar

Pedaqoji Lüğət

Pedaqoji Lüğət