AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
17 avqust 2025
1 173

''Geyim yox, peşəkarlıq əsasdır'' – Ekspert



Son günlər müəllimlərin işə qəbulu imtahanının müsahibə mərhələsi ilə bağlı sosial şəbəkələrdə geyim mövzusu geniş müzakirə olunur. Bəzi namizədlər geyim tərzinin nəticəyə təsir edə biləcəyindən narahatdır.


Bu kimi səthi məsələlər müəllimlər arasında niyə panikaya səbəb olur?


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, müəllimlərin işə qəbulu müsahibə mərhələsi ilə bağlı geyim məsələsinin sosial şəbəkələrdə bu qədər müzakirə olunması göstərir ki, biz hələ də diqqəti əsas hədəfdən yayındıran mövzulara həssas yanaşırıq.


"Dövlətin müəyyən etdiyi müsahibə meyarlarında namizədin geyimi əsas göstərici deyil, lakin təqdimat mədəniyyəti hər bir peşəkar sahədə olduğu kimi müəllimlikdə də vacib hesab olunur. Burada söhbət dəbdəbədən yox, səliqədən, peşəkar görünüşdən gedir. Təhsil Nazirliyi dəfələrlə vurğulayıb ki, qiymətləndirmə daha çox pedaqoji bacarıqlara, fənn biliklərinə, kommunikasiya qabiliyyətinə və təhsil prosesinə yanaşmaya əsaslanır.


Bununla belə, namizədlərin geyim mövzusunu bu qədər gündəmə gətirməsinin arxasında illərlə formalaşmış psixoloji narahatlıq, sosial şəbəkələrdə yayılan qeyri-rəsmi və bəzən təhrif olunmuş məlumatların təsiri dayanır".


Ekspert əlavə etdi ki, insanlar çox vaxt dost-tanış təcrübəsindən eşitdiklərini ümumiləşdirir və bu da ictimai rəydə panika yaradır.


"Əslində isə dövlət qurumlarının məqsədi müəllimlərin xarici görünüşünü deyil, onların məktəb mühitində necə işləyəcəyini, şagirdlərlə necə ünsiyyət quracağını, təlim metodlarını və dəyərlər sistemini qiymətləndirməkdir.


Reallıq ondan ibarətdir ki, müsahibədə uğur qazanmaq istəyən namizədin əsas diqqəti öz peşəkarlığını nümayiş etdirməyə yönəlməlidir. Geyim məsələsini lazım olduğundan artıq böyütmək isə həm namizədin hazırlıq prosesini ikinci plana keçirir, həm də cəmiyyətdə imtahan prosesinə olan inamı zədələyir. Dövlətin təhsil siyasətində əsas məqsəd keyfiyyətli, innovativ düşüncəyə malik, şagirdin inkişafına töhfə verən müəllimləri seçməkdir və bu istiqamətdə şəffaflıq prinsipi qorunur", - deyə Əmrah Həsənli vurğulayıb.




Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil ictimaiyyətindən ETİRAZ

Təhsil ictimaiyyətindən ETİRAZ

Yeni qrup yaradılacaq

Yeni qrup yaradılacaq

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Müsahibə mərhələsində müəllimlərin geyimi...-  Ətraflı

Müsahibə mərhələsində müəllimlərin geyimi...- Ətraflı

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar