İdarə müdiri Zaqatalada bir sıra təhsil müəssisələrində olub
İdarə müdiri Zaqatalada bir sıra təhsil müəssisələrində olub.
AzTehsil.com xəbər verir ki, Aavqustun 5-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Zaqatala rayonunun məktəbəqədər təhsil müəssisələrində təşkil olunan bir sıra tədbirlərdə iştirak edib.
İdarə müdiri əvvəlcə Zaqatala rayon Yuxarı Tala kənd 1 nömrəli körpələr evi–uşaq bağçasında təlim-tərbiyə prosesi ilə tanış olub, kollektivlə görüşüb. Görüş zamanı məktəbəqədər təhsil sahəsində aparılan işlər, qarşıya qoyulan hədəflər və mövcud ehtiyaclar barədə kollektivlə fikir mübadiləsi aparılıb. Daha sonra uşaqların iştirakı ilə təşkil olunan süjetli rollu oyunları izləyib.
Səfər çərçivəsində Günay Mahmudova Zaqatala şəhəri Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 5–9-cu sinif şagirdlərinin iştirakı ilə məktəbin həyətində yerləşən söhbətgahda keçirilən “Qızıl qönçələr” əsərinin müzakirəsində də iştirak edib. Şagirdlərlə interaktiv şəkildə təşkil olunan tədbirdə bədii ədəbiyyata maraq, mütaliə vərdişləri və estetik zövqün formalaşdırılması mövzusunda fikir mübadiləsi aparılıb. İdarə müdiri bu kimi mütaliə saatlarının uşaqların asudə vaxtlarının səmərəli təşkilinə verdiyi töhfəni qeyd edib və onların davamlı keçirilməsinin vacibliyini vurğulayıb.