AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / İqtisadiyyat / Cəmiyyət / Karyera / Saglam həyat / Dünya / Manşet / Bölgə / Şagird
30 iyul 2025
701

Enerji üzrə yeni emalatxanalar istifadəyə verilib



Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib.

İyulun 30-da Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə yeni emalatxanaların və Mükəmməllik Mərkəzinin açılış mərasimi keçirilib.


 


AzTehsil.com  xəbər verir ki, tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, bp şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi, “WorldSkills Azərbaycan” İctimai Birliyinin icrası ilə həyata keçirilən layihə çərçivəsində baş tutub.


 


Layihənin əsas məqsədi peşə təhsili müəssisələrində bərpa olunan enerji texnologiyaları üzrə təlim imkanlarını genişləndirmək, tələbələrin müasir praktik bacarıqlara yiyələnməsini təmin etmək və ölkədə yaşıl enerji sektorunun inkişafına töhfə verməkdir.


 


Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və digər qonaqlar iştirak ediblər.


 


Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, peşə təhsili sahəsinin inkişaf etdirilməsi üçün ölkədə geniş potensial var. Statistikaya əsasən, əhalinin bir hissəsinin formal peşə və ya ixtisası yoxdur. Bir çox insan ixtisasını qeyri-rəsmi şəkildə, ənənəvi üsullarla və ya praktiki təcrübə yolu ilə əldə edib. Bu səbəbdən peşə təhsilinin cəlbediciliyinin artırılması, müasir əmək bazarına uyğunlaşdırılması və daha çevik modellərlə təşkili vacibdir. Beləliklə, həm gənclər, həm də peşə dəyişmək istəyənlər üçün peşə təhsili real bir seçimə çevrilə bilər.


 


Çıxış edən bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz növbəsində təmsil etdiyi qurumun həyata keçirdiyi sosial layihələrin əhəmiyyətli hissəsinin təhsil sahəsi ilə bağlı olduğunu diqqətə çatdırıb. 



 


Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə çıxışında bildirib ki, bərpa olunan enerji sahəsində həm elmi, həm də texnoloji baxımdan qabaqcıl və gələcəyə hesablanmış yanaşmalar tətbiq olunur. Direktor bildirib ki, bu yanaşma gələcək fəaliyyətin əsas sütunlarından birini təşkil edəcək. Bu baxımdan yerli mütəxəssislərin hazırlanması strateji əhəmiyyət kəsb edir.





 


Daha sonra qonaqlar emalatxanalar və mərkəzdə yaradılmış şəraitlə tanış olublar.


 


Qonaqlara məlumat verilib ki, yeni yaradılmış emalatxanalar günəş və külək enerjisi sistemləri, hibrid enerji qurğuları, simulyasiya proqramları, SCADA hava stansiyası, günəş enerjisi simulyatoru, elektrikli avtomobil şarj cihazları və digər müasir avadanlıqlarla təchiz olunub, tələbə və təhsilverənlərə real ssenarilər əsasında praktiki öyrənmə imkanları yaradır.


 


Layihə çərçivəsində həmçinin “İqlim dəyişiklikləri və ətraf mühit” adlı yeni tədris modulu hazırlanıb. 


 

 Qeyd edək ki, layihə bp və onun tərəfdaşları – SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies-in dəstəyi ilə həyata keçirilib.



Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə VI Ekoloji Forum keçirilib.

Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub