Türkiyə-Azərbaycan Universiteti...- ƏTRAFLI
Türkiyə-Azərbaycan Universiteti modeli dünyada uğurla tətbiq edilir - YÖK rəhbəri
AzTehsil.com xəbər verir ki, müasir ali təhsil müəssisələri modeli dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunur, onlardan birincisi də Türkiyə-Azərbaycan Universiteti oldu. Növbəti belə universitetin İordaniyada açılması planlaşdırılır. Bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar məlumat verib.
Onun sözlərinə görə, Türkiyə-İordaniya Universitetinin yaradılması ilə bağlı İordaniya Krallığının Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi ilə danışıqlar aparılıb və müzakirələrdən sonra müvafiq niyyət memorandumu imzalanıb.