AzTehsil.com

Xəbərlər / Yazarlar / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Bölgə
22 iyul 2025
958

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı



AzTehsil.com - Bu gün hər kəs üçün kifayət qədər önəmli yer tutan media anlayışı öz təməlini “Əkinçi” ilə qoyub, toxumlarını onunla cücərdib.


Bu ənənənin təməlini qoyan isə maarifçilik yolunun yorulmaz nümayəndələrindən olan Həsən bəy Zərdabi idi. O, xalqın ehtiyac duyduğu, lakin uzun illər susqun qalan səsini oyatmaq üçün əlinə qələm götürüb. Zərdabi üçün qəzet sadəcə xəbərlərin yazıldığı kağız deyildi. O, xalqın düşüncəsini oyadan, cəmiyyətə ayna tutan bir vasitə, maarifə açılan pəncərə idi.


Bir fikirdən doğan hərəkat


Hələ o dövrdə Həsən bəy Zərdabi yazırdı: "Hər kəsi çağırıram – gəlmir, göstərirəm – görmür, deyirəm – qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur”.


“Əkinçi” qəzetinin 1875-ci ilin iyulun 22-dən nəşrə başlaması Azərbaycan mətbuatı üçün təkcə bir texniki yenilik deyil, həm də ictimai fikir tarixində bir dönüş nöqtəsi olub. İlk dəfə idi ki, xalqın doğma dilində bir mətbuat orqanı nəşr olunurdu.


Qəzetə xəbər yazanların sayı kifayət qədər deyildi. "Əkinçi" ayda iki dəfə 300–400 tirajla nəşr olunurdu. "Əkinçi"nin ilk sayından başlayaraq onun "Daxili xəbərlər", "Əkin və ziraət" xəbərləri, "Elmi xəbərlər", "Təzə xəbərlər" rubrikaları altında müxtəlif məqalələr nəşr edilirdi. Qəzetdə Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlum-millət" imzası ilə məqalələri dərc olunurdu


“Köməyimiz az olduğundan və kənar yerlər bir yana, Bakıda baş verən mühüm hadisələrdən də bəziləri bizə vaxtında gəlib çatmırdı. Xarici xəbərləri isə rus, İran, türk, Orta Asiya qəzetlərindən götürməli olurduq", - deyə Zərdabi yazırdı.


Zərdabi savadlı cəmiyyətin formalaşması üçün mətbuatın önəmli olduğunu sübut edib. “Əkinçi”nin səhifələrində kənd təsərrüfatı, təbiət, əxlaq, savad və vətənpərvərlik kimi mövzular sadə dildə, başa düşülən formada xalqa çatdırılırdı. Çünki məqsəd sadəcə yazmaq deyildi, xalqın anlayacağı dildə onunla danışmaq idi.


Adı torpağa bağlı, özü maarifə

"Əkinçi" adını seçmək sadəcə simvolik bir jest deyildi. Zərdabi bu adla həm xalqın ənənəvi həyat tərzinə bağlılığını göstərdi, həm də simvolik olaraq öz qəzetini bir “əkinçi”yə çevirdi. O, cəmiyyətin düşüncə torpağına elm toxumu səpirdi. Hər məqalə, hər xəbər bir toxum idi. O toxumlar illər sonra cücərdi və maarifçi nəslin yetişməsinə səbəb oldu.


İki il, əbədi iz


“Əkinçi” yalnız iki il – 1875-ci ildən 1877-ci ilə qədər yaşadı. Lakin bu qısa zaman ərzində işıq üzü görən 56 nömrəsi ilə yüzillərlə davam edəcək bir məktəb yaratdı. “Əkinçi”nin izi ilə gedən “Ziya”, “Kaspi”, “Molla Nəsrəddin”, “Füyuzat”, daha sonra isə müasir dövrümüzün mətbu orqanları onun ideya davamçıları oldular. Zərdabinin qoyduğu əsaslar Azərbaycan jurnalistikasının düşüncə və missiya xəritəsini müəyyənləşdirdi.


Bu gün “Əkinçi” haradadır?


Artıq hər bir savadlı və düşünən vətəndaş – istər müəllim, istər tədqiqatçı, istər media nümayəndəsi – Zərdabinin açdığı maarif yolunun yolçusudur.

Bu mirası yaşatmaq, onun işığını gələcək nəsillərə ötürmək bizim həm borcumuz, həm də şərəfimizdir. Çünki maarifin əsasını qoyanlar unudulmaz, maarifin mayasını yoğuranlar əbədi yaşar.


“Əkinçi” yalnız keçmişin simvolu deyil. O, bu günümüzün və gələcəyimizin yol göstəricisidir. Biz bu yolu Zərdabinin inamı ilə, onun maarifə olan eşqi ilə davam etdirməliyik. Hər yazdığımız sətirdə, hər yaratdığımız layihədə, hər şagirdə verdiyimiz elmdə “Əkinçi”nin nəfəsi hiss olunmalıdır.


“Əkinçi” sussa da, izi danışır,

Qəzet bağlandı, amma gözlər açıldı!


“Maarifçinin yolu da maarifçi olmalıdır, əməli də…”


Səma Əliyeva,

İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin mütəxəssisi, II “Maarifçi” tələbə-məzun təcrübə proqramının qalibi





Həmçinin oxuyun:
Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan milli mətbuatı – 145

Azərbaycan milli mətbuatı – 145

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan mətbuatı

Azərbaycan mətbuatı

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 146 il ötür.

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 146 il ötür.

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Muxtar İmanov: Ən böyük problem savadlı müəllimlərin az olmasıdır

Muxtar İmanov: Ən böyük problem savadlı müəllimlərin az olmasıdır

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”