300-dən çox müəllim təlimlərə cəlb EDİLƏCƏK
300-dən çox müəllim beynəlxalq təlimlərə cəlb ediləcək.
2025-ci ildə 300-dən çox müəllim ixtisasartırma və beynəlxalq təlimlərə cəlb ediləcək.
AzTehsil.com xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov dünən keçirilən brifinqdə deyib.
O bildirib ki, təlimlər Türkiyə, Almaniya və digər ölkələrdə təşkil olunacaq: “Böyük Qayıdış" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə isə 42 ixtisas üzrə 633 təlim keçiriləcək. 711 nəfər məzun olacaq".