Tərbiyəçi-müəllim müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək
Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək.
AzTehsil.com xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrindəki vakant yerlər üçün müsahibələrdə iştirak etmək istəyən namizədlər 24 iyul saat 18:00-dək aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Yalnız 16 noyabr 2023-cü il tarixində təşkil olunmuş müsabiqənin test imtahanlarından uğur qazanmış namizədlər müsahibələrdə iştirak üçün qeydiyyatdan
keçə bilərlər.
Müsahibə mərhələsinə qeydiyyat üçün müəyyən olunmuş müddət bitdikdən sonra namizədlərin test imtahanlarında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd ilkin olaraq müsahibəyə dəvət ediləcəkdir.
Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına
uyğun olaraq növbəti namizəd dəvət olunacaq.
Vakant yerlərə görə müsahibəyə dəvət zamanı nəzərə alınan test balı azala bilər, lakin bu 24 baldan az ola bilməz.
Qeydiyyat https://l24.im/GAPUI
Vakansiyalar https://l24.im/zqA1hEe