AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
16 iyul 2025
1 402

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Müsahibə....



İsmayıllıda müəllimlərlə həmsöhbət olub. 

AzTehsil.com xəbər verir ki, ötən gün "Azərbaycan Müəllimi" ismayıllı müəllimlərlə  həmsöhbət olub. Müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərən Əsmər Mürsəlli və Fidan Heydərova uğurlarını zəhmət, sevgi və məqsədyönlü əməyə borclu olduqlarını deyirlər.İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin siniflərindən birində Əsmər Mürsəlli adlı təsviri incəsənət müəllimi dərs deyir. Bura onun yalnız iş yeri deyil, həm də xatirələrinin, arzularının, ilk uğurlarının beşiyidir. Beş il əvvəl məzunu olduğu məktəbə müəllim kimi geri dönmək onun üçün həm nostalji, həm də qürurla dolu bir dönüş idi. Bu il isə o, müəllimlərin işə qəbulu (MİQ) imtahanında topladığı 92 balla həm özünü, həm də məktəbinin adını bir daha ucaltdı.


Əsmər müəllim deyir ki, bu imtahana yalnız özünü sınamaq üçün qatılmışdı. Amma nəticə göstərdi ki, bu, sadəcə sınaq yox, zirvəyə atılan düşünülmüş bir addım idi:


“Güc, inam, iradə və zəhmət – bu dörd söz mənim uğurumun əsas dayaqlarıdır”, – deyir. Onun sözlərində həm təvazökarlıq, həm də əzm duyulur.




İmtahandan sonra anasına – ilk müəllimi olan Kəmalə müəllimə etdiyi zəng, illərin təməli üzərində yüksələn bir təşəkkür səsi idi. Məktəbin direktoru Gündüz Qədirov isə onun üçün təkcə rəhbər deyil, mənəvi dayaq, dəyər verən böyük bir insan obrazıdır. Əsmər müəllimin bu uğrunda kollektiv dəstəyi və şagird sevgisi böyük rol oynayıb.


“Hər səhv bir dərsdir, hər addım irəliləyişdir”, deyən Əsmər müəllimin devizi isə həyat fəlsəfəsinə çevrilib: “Ümid sonda ölür, daim irəli!”.


"Şagirdlərimin gözündəki ümid içimdəki məsuliyyəti böyütdü"İsmayıllının başqa bir ucqar nöqtəsində – Gideyli kəndində ingilis dili fənnini tədris edən Fidan Heydərova həm də Gənc Xarici Dil Müəllimləri Birliyinin İsmayıllı üzrə koordinatorudur. Onun MİQ imtahanında topladığı 94.5 bal sadəcə nəticə deyil, aylarla davam edən planlı zəhmətin, sevgi ilə görülən işin və məqsədyönlü hazırlığın meyvəsidir.




Fidan xanım üçün müəllimlik təkcə öyrətmək deyil, həm də daim öyrənmək və inkişaf etməkdir. Aprel ayından imtahana hazırlaşmağa başlayıb. Onun üçün əsas olan çox yox, planlı və keyfiyyətli çalışmaq olub.


Ailəsinin və şagirdlərinin sevgisi, inamı onun yoluna işıq salıb:


“Şagirdlərimin gözündəki ümid içimdəki məsuliyyəti böyütdü”, – deyə bu uğurun necə hisslərlə yoğrulduğunu izah edir.


İmtahan zalından çıxarkən ağlayıb. Amma bu göz yaşları peşmanlıqdan yox, daha böyük məqsədlərə yol açan inamdan doğmuşdu. Çünki o, daha böyük zirvələri hədəfləyir: maksimum bal və maksimum fayda.


Əsmər Mürsəlli də, Fidan Heydərova da fərqli fənlər üzrə fərqli məktəblərdə dərs desələr də, eyni missiyanın daşıyıcılarıdır: sevərək, inanaraq öyrədirlər. Onların hər ikisi üçün ən böyük mükafat sadəcə bal və nəticə deyil, bir şagirdin “mən də müəllim olmaq istəyirəm” deməsidir.


Bu gün hər iki gənc müəllim gələcəyin ümidini yoğurur. Onların adı bir peşənin deyil, bir yolun, bir inamın və bir işığın simvoluna çevrilir.





Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Elektron lövhə və tədris prosesində interaktiv testlər

Elektron lövhə və tədris prosesində interaktiv testlər

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəblərdə yeni gündəm: Parta arxasına keçməyin çətinlikləri nədir? - ARAŞDIRMA

Məktəblərdə yeni gündəm: Parta arxasına keçməyin çətinlikləri nədir? - ARAŞDIRMA

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Metodbirləşmələr

Metodbirləşmələr

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi