AzTehsil.com

Xəbərlər / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Manşet / Bölgə
15 iyul 2025
800

BMU -n 2025-ci il üzrə BİRİNCİSİ



Bakı Mühəndislik Universitetinin (BMU) "İnformasiya texnologiyaları” ixtisasından məzun olan Səidə Ərəbova 98.94 balla 2025-ci il üzrə ali məktəbin birincisidir. 


AzTehsil.com xəbər verir ki, BMU-dan  bildirilib ki, Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsi  Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanı müvəffəqiyyətlə bitirən Səidə Ərəbovanın ilk ali təhsil yolu Azərbaycan Tibb Universitetindən (ATU) başlayıb. 2013-cü ildə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 635 bal toplayaraq ATU-nun “Müalicə işi” ixtisasına ödənişli əsaslarla qəbul olub. 2019-cu ildə həmin universiteti uğurla başa vurub, lakin informasiya texnologiyalarının sürətlə inkişaf etməsi, həyatımızın ayrılmaz bir parçasına çevrilməsi onda innovativ sahələrə güclü maraq oyadıb və dövlətimizin verdiyi imkanlardan yararlanaraq ikinci ali təhsil almaq qərarına gəlib. Bu dəfə I ixtisas qrupuna müstəqil şəkildə hazırlaşaraq 2021-ci ildə keçirilən imtahanlarda 541.8 bal toplayıb və BMU-nun “İnformasiya texnologiyaları” ixtisasına qəbul olub.


BMU-nun tələbəyə yanaşması, müasir və keyfiyyətli təhsil imkanları, elmi-pedaqoji heyətinin peşəkarlığından məmnun qalan Səidə Ərəbova belə bir mühitdə dərslərinə həvəslə çalışıb və universitet birincisi kimi məzun olmağı bacarıb.


O, təhsil aldığı dövrdə yüksək fəallığı və bir sıra uğurları ilə seçilib. Belə ki, İnnovasiyalar mərkəzi, “Bilişim Vadisi Bakı” və “Saha Robotics”in təşkil etdiyi RoboCode robotik kodlama düşərgəsində iştirak edib. Sonra “Azərbaycan 2030 və dayanıqlı inkişaf' tələbə müsabiqəsinə qatılıb. Girls Code platformasının təşkil etdiyi təqaüd proqramının qalibi olub və tam təqaüdlə Data Science təhsili alıb. Əlavə olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, StrategEast və Oracle-ın təşkil etdiyi Digital Level Up proqramının Data Science modulu üzrə iştirakçısı olub. Oracle-ın Data Science professional sertifikatını əldə edib. Eləcə də Pasha Hub-un təşkil etdiyi Future Shapers proqramının finalçısı olub. Keçən ay AIAcademy-də Aİ engineer kursu üçün tam təqaüd qazanıb. Karyerasını süni intellekt sahəsində qurmağı planlaşdıran BMU birincisi hazırda nüfuzlu özəl şirkətdə süni intellekt üzrə təcrübə keçir.


Səidə Ərəbova təhsilindəki uğurlarında əvəzsiz rolu olan obyektiv, qayğıkeş müəllimlərinə, heç zaman dəstəyini ondan əsirgəməyən ailəsinə minnətdarlıq edir və karyera yolunun uğurlu başlayacağına, suverenliyi tam təmin edilmiş qalib dövlətimizə faydalı olacağına dərindən. inanır.



Həmçinin oxuyun:
Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Birincilərin birincisi

Birincilərin birincisi

Təhsil üzrə ümumi MƏLUMAT

Təhsil üzrə ümumi MƏLUMAT

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

BMU-da onlayn “Məzun günü” keçirilib

BMU-da onlayn “Məzun günü” keçirilib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Distant təhsil: tərəddüdlər və çağırışlar

Distant təhsil: tərəddüdlər və çağırışlar