"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş intellektual yarış keçirilib
"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş intellektual yarış.
AzTehsil.com xəbər verir ki, dünən Quba regional “ASAN xidmət” mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə gənclər arasında "Nə? Harada? Nə zaman?" formatında biliklərlə dolu maraqlı intellektual yarış baş tutdu!
İştirakçılarımız hüquq, tarix və ümumi dünyagörüşlərinə dair biliklərini nümayiş etdirərək əsl zəka mübarizəsi aparıblar. Hər kəsə göstərdikləri yüksək səviyyəli bilik və intellektə görə təşəkkür edirik!
Yarışın sonunda ən yüksək nəticə göstərən ilk 3 komanda diplom və medallarla təltif olunub. Qalibləri bir daha təbrik edirik!
Xüsusilə qeyd etmək istəyirik ki, RT-team qrupu ilk üçlüyə daxil olaraq uğura imza atıb! Bu münasibətlə Bəşirov Taleh müəllimi və komandasını təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Bütün iştirakçılara minnətdarlığımızı bildiririk!