Kimya müəllimlərinin - DİQQƏTİNƏ
Kimya fənni üzrə sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqlarına aydınlıq gətirilib.
AzTehsil.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, imtahanlardan sonra testlər təhlil edilir.
"Bu o demək deyil ki, kimsə bərk qışqırsa, biz ondan qorxacağıq. Sertifikasiya ilə aidiyyəti olmayan adamın birdən-birə fəallaşmasını və buna qarşı çıxmasını anlamıram.
20 min müəllim sertifikasiyadan keçib. Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatlaşma prosesi düzgün deyil.
Kimya fənninə gəlincə isə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T-test şkalalarına keçirik. Bunu zamanla hamı öyrənəcək", - nazir əlavə edib.