AzTehsil.com

Xəbərlər / test / İKT / Direktor / Müəllim / Manşet / Bölgə
27 aprel 2025
1 191

Fiziki tərbiyə müəllimləri sertifikasiyaya CƏLB EDİLMƏLİDİRLƏR...



Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaqlar.

 

AzTehsil.com xəbər verir ki, 2022-24-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi prosesi uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.

 

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqısına 10%, 17 min müəllimin əməkhaqqısına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin ortaaylıq əməkhaqqısı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin ortaaylıq əməkhaqqısı isə 1 295 manat təşkil edib. Bu il, təxminən, 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, məktəblərdə fiziki tərbiyə fənninə olan münasibət və müəllimlərin peşəkarlıq səviyyəsi yenidən gündəmə gəlib. Uzun illərdir ki, bu sahəyə barmaqarası yanaşma, dərslərin formal keçirilməsi və müəllimlərin qeyri-peşəkar fəaliyyəti valideyn və şagirdlərin narazılığına səbəb olur. Təhsil ekspertləri dəfələrlə bu məsələyə diqqət çəkiblər.

 

Artıq yaxın gələcəkdə fiziki tərbiyə müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır.Açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə bildirib ki, zaman-zaman ölkəmizdə pedaqoji fəaliyyətlə məşğul olan bütün işçilər arasında sertifikatlaşmanın həyata keçirilməsi nəzərdə tutulur:"Qeyd etmək lazımdır ki, sertifikatlaşma dünyanın əksər ölkələrində həyata keçirilir. Müəllimin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi iki mərhələdə (test və müsahibə) həyata keçirilir. Sertifikatlaşma prosesinə hazırlaşan müəllimlər müxtəlif ədəbiyyatlarla tanış olarlar. İnternet resursları müəllimin özünütəhsil imkanlarını artırıb. Öyrəndikləri məsələlərlə bağlı müəllimlər bir-biri ilə fikir mübadiləsinə daxil olurlar. Bunu sertifikatlaşma prosesinə hazırlığın daha mühüm tərkib hissəsi kimi dəyərləndirmək lazımdır. Fikir mübadiləsi, həmçinin müəllimlərin müxtəlif təcrübələri bir-birindən öyrənməsi deməkdir. Bu yollarla müəllimlərin öz bilik və bacarıqlarını təkmilləşdirməsi onların daha səriştəli fəaliyyət göstərməsi üçün böyük imkanlar açır".

 H.Əlizadə bildirib ki, sertifikatlaşmanın həyata keçirilməsi müəllimlərin öz işinə münasibətində müsbət dəyişiklik yaranmasını şərtləndirib:

"Bu o deməkdir ki, müəllimlərin daha keyfiyyətli dərs deməsi üçün bütün fənlər üzrə sertifikatlaşmanın həyata keçirilməsi məqsədəuyğundur. Ölkəmizdə sertifikatlaşma prosesinin həyata keçirilməsində humanizm prinsiplərinə üstünlük verilir. Birinci dəfə sertifikatlaşmadan keçməyən müəllimlərə ikinci şans verilir. İkinci dəfə keçirilən sertifikatlaşma imtahanlarının nəticələri göstərir ki, müəllimlər özünütəhsil ilə məşğul olduqda daha yüksək nəticələr əldə edə bilirlər.

 

Məktəbin fənlərindən biri də fiziki tərbiyədir. Mən fiziki tərbiyə haqqında danışmazdan əvvəl belə bir fikir söyləmək istəyirəm ki, məktəbdə keçirilən fənləri əsas və qeyri-əsas kimi təsnif etmək doğru deyil, onların hər birinin özünəməxsus məqsəd və vəzifələri var. Bu məqsəd və vəzifələr şəxsiyyətin formalaşması və inkişafı baxımından zəruri əhəmiyyət kəsb edir. O cümlədən fiziki tərbiyə fənni. Bu o deməkdir ki, zaman-zaman bütün fənlərdən sertifikatlaşma həyata keçirilməsi nəzərdə tutulur. Lakin bu zaman hər bir fənnin özünəməxsusluqları nəzərə alınmalıdır. Siz tamamilə düz deyirsiniz ki, fiziki tərbiyə fənnini tədris edən müəllimlər həm bu sahədə xüsusi biliklərə, həm də bacarıqlara malik olmalıdırlar. Hesab edirəm ki, onların sertifikatlaşması prosesində fiziki tərbiyə istiqamətində həm biliklərinin, həm də bacarıqlarının yoxlanılması zəruridir".

 

Şura sədri sonda qeyd edib ki, fiziki tərbiyə həm şəxsiyyətin inkişafı, həm də hərbi vətənpərvərlik tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir:

 

"Sağlam bədəndə sağlam ruh olar" deyəndə atalar şəxsiyyət yetişdirməyin yolunun insanın fiziki cəhətdən inkişafından keçdiyini nəzərdə tuturdular. Gənc nəsil nə qədər sağlam olarsa, onlar həm öz gələcək fəaliyyətlərində, həm də Vətənin müdafiəsində mühüm rol oynaya bilərlər. Məsələnin belə qoyuluşu fiziki tərbiyə dərslərinin keyfiyyətini artırmağı tələb edir. Düşünürəm ki, fiziki tərbiyə müəllimlərinin sertifikatlaşması onların dərslərinin keyfiyyətinin artmasında mühüm rol oynayacaq".

 



Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK

Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

"Müəllimlərin sertifikasiyası təhsildə keyfiyyəti yüksəltməyə yönəlib"

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Məktəb laborantının vəzifə təlimatı

Məktəb laborantının vəzifə təlimatı

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

Sertifikasiyaya hazırlıqla bağlı yeni onlayn layihənin ikinci günü.

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Müəllimlərin sertifikasiyası 3 ildən bir keçirilə bilər? - Komitə sədrindən CAVAB

Müəllimlərin sertifikasiyası 3 ildən bir keçirilə bilər? - Komitə sədrindən CAVAB

Təhsil Nazirliyi bu  şöbəyə müdir vəzifəsinə işçi axtarır - Maaş 980 manat

Təhsil Nazirliyi bu şöbəyə müdir vəzifəsinə işçi axtarır - Maaş 980 manat