Bu bölgədə hər dörd müəllimdən biri işdən ÇIXARILIB
Xarici dil müəllimlərindən 12% uğur qazana bilib. Astarada hər 4 müəllimdən biri işdən çıxarılıb .
AzTehsil.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: yüksək müəllim - təhsil planı” ADA Universitetində olacaq tədbirdə deyib.
O bildirib ki, 1657 nəfərin əmək müqaviləsinə xitam verilib.
"Orta balı aşağı olan 15 rayon, şəhər mövcuddur. Məsələn, Astarada hər 3 müəllimdən biri ilə yolumuzu ayırmalı olduq.Ümumilikdə 5 minə yaxın müəllimlə yolumuzu ayırdıq. Onlar 80 minə yaxın uşağa keçərək dərs keçirdilər", - nazir əlavə edib.