AzTehsil.com

Xəbərlər / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
10 iyul 2025
1 113

Müəllimlərin maaşı yay istirahətinə yetir? - SORĞU



Azərbaycanda müəllimlər üçün nəzərdə tutulan əməkhaqqı onların dərs yükü, sertifikasiya nəticələri, iş stajı və işlədikləri bölgəyə görə dəyişir. Əksər müəllimlər aylıq 500-800 manat arasında maaş alsalar da, yüksək dərs saatı və peşəkar göstəricilərə sahib müəllimlər 1000 manatdan artıq əməkhaqqı əldə edə bilirlər. Lakin bu rəqəmlər onların yay aylarını tam istirahətlə keçirməsi üçün bəzən yetərli olmur.


AzTehsil.com  müəllimlərin yay istirahəti mövzusunu "AzEdu.az" Təhsil Portalının "Örnək Müəllimlər" layihəsinin iştirakçıları ilə müzakirə edib.


Cəbrayıl rayonu Tatar kənd tam orta məktəbin riyaziyyat müəllimi Murad Rəsulzadənin sözlərinə görə, müəllimlərin maaşı gündəlik ehtiyacları ödəsə də, onların sosial və fərdi rifahını tam qarşılamır:


“Yay tətilində minimal istirahət belə 400-800 manat aralığında xərc tələb edir. Buna görə bir çox müəllim yay aylarını repetitorluq və əlavə işlərlə keçirir. Bu isə istirahətin əsas məqsədi olan enerjini bərpa etməyi çətinləşdirir. İnkişaf etmiş ölkələrdə müəllimlər yay aylarında təhsil və istirahət üçün dəstək alırlar. Azərbaycanda isə bu imkanlardan şəxsi hesabla istifadə olunur ki, bu da çox vaxt mümkün olmur”.


Müsahibimiz onu da əlavə edib ki, bu məsələnin həlli üçün müəllimlərin maaşının mərhələli şəkildə artırılması, yay istirahəti və təlimləri üçün xüsusi təqaüdlərin ayrılması, eləcə də sosial proqramlar çərçivəsində istirahət paketlərinin təqdim olunması daha məqsədəuyğun hesab edilə bilər.


Samux rayonu E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Hüseynova deyib ki, yay aylarını həm istirahət, həm də peşəkar inkişaf üçün fürsət olaraq qiymətləndirir:


“Azərbaycan təbiətinin zəngin bölgələrinə səyahət etmək, sakit mühitdə oxumaq və düşünmək mənim üçün yay tətilinin əsas mahiyyətini təşkil edir. Eyni zamanda, təlimlərdə və müxtəlif layihələrdə iştirak edərək bilik və bacarıqlarımı inkişaf etdirməyə çalışıram. Əməkhaqqım gündəlik ehtiyaclarımı qarşılamaq üçün yetərlidir, lakin əlavə imkanlardan yararlanmaq üçün daim öz üzərimdə çalışıram”.






Həmçinin oxuyun:
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsilin görünməyən maliyyə yükü

Təhsilin görünməyən maliyyə yükü

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

Müavinətin hesablanması və ödənilməsi qaydası

Müavinətin hesablanması və ödənilməsi qaydası

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Od tutub yanan hazırlıq qiymətləri - ARAŞDIRMA

Od tutub yanan hazırlıq qiymətləri - ARAŞDIRMA

Minimal əməkhaqqının artımı müəllimlərin maaşlarına təsir edəcəkmi?

Minimal əməkhaqqının artımı müəllimlərin maaşlarına təsir edəcəkmi?

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

18 saata qaldırılan dərs yükü – Ekspertlərin rəyi

18 saata qaldırılan dərs yükü – Ekspertlərin rəyi

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində