İşğaldan azad edilmiş ərazilərdə 14 məktəb fəaliyyətə başlayıb
İşğaldan azad edilmiş ərazilərdə bu il 14 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb.
AzTehsil.com xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024–2025-ci tədris ilinə dair hesabatında yer alıb.
Məlumatda qeyd olunub ki, həmin məktəblərdə 284 müəllim fəaliyyət göstərir və 2400-dən çox şagird təhsil alır.