Sertifikasiyada 4 nəfərin nəticələri ləğv edilib -SƏBƏB
Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 20-23 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib. AzTehsil.com xəbər verir ki, Təkrar sertifikatlaşdırma prosesində iştirak edən 4 nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv olunub. Səbəb imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.