Şagird qəbulu elan OLUNUR
Şagird qəbulu elan olunur.
AzTehsil.com xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhəri Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi 2025–2026-cı tədris ili üzrə X və XI siniflərə şagird qəbulu elan edir.
Təhsil müəssisəsində tədris prosesi xüsusi təhsil proqramı əsasında təşkil olunur. Məktəbin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlər əlavə abituriyent hazırlığına ehtiyac duymadan, birbaşa məktəbin özündə ali təhsil müəssisələrinə tam şəkildə hazırlaşa bilirlər.
Dərslər peşəkar və təcrübəli müəllimlər tərəfindən keçirilir. Tədris ili ərzində proqram əsasında fənlər üzrə ödənişsiz sınaq imtahanları təşkil olunur. Şagirdlərə fərdi yanaşma tətbiq edilir və yüksək keyfiyyətli təhsil mühiti yaradılır.
Qəbul IX sinif buraxılış imtahanı nəticəsi 200 baldan yüksək olan şagirdlər üçün müsabiqədən kənar, 180–200 bal arası nəticə göstərmiş şagirdlər üçün isə müsabiqə əsasında həyata keçirilir.
Məktəbə qəbul üçün son qeydiyyat tarixi: 17.07.2025-ci il
Qeydiyyat linki: https://forms.gle/KpeCNfAbBdAxGX898