Qanunvericiliyi pozan sektor müdirləri
Sertifikasiyadan kəsilən müəllimlərin- DİQQƏTİNƏ
Qanunvericiliyi pozan sektor müdirləri ...
AzTehsil.com xəbər verir ki , Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil sektorlarının müdirləri direktorları məcbur ediblər ki, Sertifikatlaşdırmadan uğur qazanmayan müəllimərə məcbur edin , şantaj edin işdən azad olunmalarına görə ərizə yazsınlar.Bu da qanuna ziddir. Nəzərə almaq lazımdır ki, sertifikasiyadan kəsilən müəllimlərin əmək müqaviləsinə nazirlik tərəfindən xitam veriləcək.Sektor müdirlərinin , direktorların bunu məcbur etməyə səlahiyyəti yoxdur. Bu halda həmin müəllimlər o direktoru məhkəməyə vermə hüquq var. Xatırladaq ki, həssas qruplar var. Elə adam var ki, məsələn, tək anadır, Veteran və yaxud şəhid ailəsinin üzvüdür. Bunlar öncə işlə təmin olunmalıdır Dövlət onları məktəbdə başqa işlə, məsələn, katibə, kitabxanaçı kimi işlərlə təmin edir, sadəcə tədris prosesindən uzaqlaşdırılırlar. Əslində, həmin müəllimlər növbəti illərdə növbəti MİQ imtahanına girib yenidən müvafiq nəticə toplayaraq özlərini doğrulda bilsələr, yenidən işləyə bilərlər".