Qubada məktəblilər arasında intellekt savaşı
Qubada məktəblilər arasında intellekt savaşı
Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə II Quba Açıq Kuboku təşkil olunub.
AzTehsil.com xəbər verir ki, turnirdə Quba, Qusar, Şabran və Siyəzən rayonlarını təmsil edən ümumtəhsil məktəblərinin VI-XI sinif şagirdlərindən ibarət 25 komanda iştirak edib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin NEOSFERA komandası birinci yerə layiq görülüb.
İkinci yeri Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin FƏTƏLİXAN, üçüncü yeri isə yenidən Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin AVENGERS komandası tutub.
Turnir şagirdlərin məntiqi təfəkkürünün və intellektual biliklərinin inkişafına yönəlmiş maarifləndirici tədbir kimi qiymətləndirilir.