Məktəb-liseydə “Son zəng” tədbiri keçirilib
AzTehsil.com xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Kürdəmir şəhəri M.Ə.Rəsulzadə adına 2 nömrəli tam orta məktəb-liseydə “Son zəng” tədbirində iştirak edib. O məzunları təbrik edib və bildirib ki,““Son zəng” öyrənməyə son demək deyil. Sadəcə, bu andan sonra öyrənmə başqa müstəviyə keçir”. Direktor müavini məzunlara peşə seçərkən əmək bazarında xüsusi tələbat olan informasiya texnologiyaları, kənd təsərrüfatı və hərbi ixtisaslara xüsusi diqqət yetirməyi tövsiyə edib: “Qarabağ Universitetində təhsil almaq kimi unikal imkanı dəyərləndirin”.
.