Sertifikasiyanın iki məqsədi var- MƏQSƏD ?
Sertifikasiyanın iki məqsədi var.
AzTehsil.com xəbər verir ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Bəxtiyar Əliyev deyir ki, sertifikasiyadan keçə bilməyən müəllimlər üçün ixtisasartırma kursları keçirilir: “Sertifikasiyanın iki məqsədi var. Birincisi müəllimlərin hazırlıq səviyyəsinin öyrənilməsi, diaqnostikası və ona uyğun olaraq da təkmilləşdirmə kurslarının məzmunun müəyyənləşdirilməsi, ikincisi isə onların məvaciblərinin artırılmasıdır. Ona görə də müəllimlər sertifikasiyadan keçməyəndə ikinci dəfə sertifikasiyaya cəlb olunur. Bir il müddətində onun müqaviləsinə xitam verilmir, fəaliyyətinə davam edir və ödənişsiz ixtisasartırma kurslarına da cəlb olunur. Bir il müddətində o hazırlıq səviyyəsinə çatıb imtahandan keçə bilmirsə, deməli, onun artıq müəllim kimi fəaliyyət göstərməsi düzgün deyil”.Deputatın sözlərinə görə, ixtisasartırma kurslarının təşkilində müəllimlərin diaqnostikasını həyata keçirmək, ümumtəhsil məktəblərinin ibtidai siniflərində hazırlıq səviyyəsinə, yaş kateqoriyasına baxmaq, yenilikləri nəzərə alaraq yenidən hazırlanma, yaxud da ixtisasartırma kurslarının tədris proqramının məzmununu müəyyən etmək lazımdır.