“Kitabdan səhnəyə” – məktəb tamaşasının region turu təşkil olunub
“Kitabdan səhnəyə” – məktəb tamaşasının region turu təşkil olunub
AzTehsil.com xəbər verir ki, iyunun 5-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin I-IX sinif şagirdləri arasında “Kitabdan səhnəyə” adlı məktəb tamaşasının region turu keçirilib.
Layihənin məqsədi şagirdlərin oxuduqları ədəbi əsərləri dərindən mənimsəmələrinə, ədəbiyyat və teatr sənəti sahəsində yaradıcı bacarıqlarının inkişafına, eləcə də personaj və hadisələrin teatr səhnəsində canlandırılması vasitəsilə qrup halında əməkdaşlıq etmə bacarıqlarının gücləndirilməsinə şərait yaratmaqdır.
Tədbir, eyni zamanda, şagirdlərin yaradıcı düşüncə və problem həll etmə qabiliyyətlərini dəstəkləmək, səhnə nitqi, bədən dili və özünəinam kimi təqdimat bacarıqlarını formalaşdırmaqla yanaşı, incəsənət vasitəsilə fərdi ifadə imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli olmuşdur.