55 mindən çox şagird ali təhsil ala BİLMƏYƏCƏK
2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun olacaq.
AzTehsil.com - azEdu.az xəbər verir ki, 2025/2026-cı tədris ili üçün mülki ali təhsil müəssisələrinə tələbə qəbulu planına əsasən, ümumilikdə 60 489 yer ayrılıb.
Rəqəmlərdən də aydın görünür ki, bu il 11-ci sinfi bitirən 55 min 733 şagird mülki ali təhsil müəssisəsinə qəbul ola bilməyəcək.
Məlumat üçün bildirək ki, cari ildə I və IV ixtisas qrupları üzrə 45.679, II və III ixtisas qrupları üzrə isə 54.247 abituriyent imtahanda iştirak edib. Ümumilikdə, imtahanlarda iştirak edənlərin sayı 99.926 nəfər təşkil edir.
Plan yerlərinə əsasən bu il 39 min 437 şagird müsabiqədən kənarda qalacaq.
Qeyd: Ali təhsil müəssisələrinin II cəhd imtahanında bu rəqəm arta və ya azala bilər.
Qeyd edək ki, 2023-2024-cü illərdə 102.120 nəfər şagird məzun olub. Ötən il ali təhsil müəssisəsinə 55 min 656 tələbə qəbul olub. 46 min 464 şagird universitetə qəbul ola bilməyib.