AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Manşet / Bölgə
03 iyun 2025
830

BSU-da ETİRAZLAR



Akt zalında imtahan tələbələrin narazılığına səbəb oldu - BSU-da etirazlar

Bakı Slavyan Universitetində (BSU) 2024/2025-ci tədris ilinin yaz semestr imtahan sessiyası 2 iyun tarixindən etibarən başlanıb. Lakin tələbələr imtahanların akt zalında keçirilməsindən narazıdırlar.


AzTehsil.com xəbər verir ki, azEdu.az-a müraciət edən bir qrup tələbə bildirib ki, akt zalında mövcud şərait həm fiziki, həm də psixoloji baxımdan onlara çətinlik yaradır. Tələbələrin sözlərinə görə, zalda oturacaqların narahat olması, sıralar arasındakı məsafənin məhdudluğu imtahan zamanı onların diqqətini yayındırır və gərginliyə səbəb olur.


 


Onlardan biri bildirib:



“Orta sıralarda əyləşib imtahan verdiyim halda, imtahanı tez bitirib çıxmaq istəyəndə həm mənim üçün, həm də digər iştirakçılar üçün çətin vəziyyət yaranacaq. Bu şəraitdə imtahan vermək mümkün olmayacaq".


 


Mövzu ilə bağlı AzEdu.az Bakı Slavyan Universitetinə sorğu ünvanlayıb.


 


Sorğuya cavab olaraq bildirilib ki, sessiyanın yüksək səviyyədə təşkili məqsədilə bütün zəruri hazırlıq işləri görülüb.



“Cari sessiyada imtahanlar ilk dəfə olaraq akt zalında keçirilir. Zalda tələbələrin rahatlığı və şəffaflığın təmin olunması üçün bütün zəruri infrastruktur yaradılıb. Akt zalında havalandırma və səs izolyasiya sistemi də yenilənib. Tələbələr üçün oturacaqlar arası məsafə sosial məsafə prinsiplərinə tam uyğun şəkildə təşkil olunub. Belə ki, hər 2 nəfərdən bir tələbələrin giriş-çıxışının rahat təmin olunması üçün məsafələr saxlanılıb".


 


Qurumdan bildirilib ki, universitet rəhbərliyi imtahan öncəsi zalda monitorinq apararaq son hazırlıq işlərini yoxlayıb. İmtahanların şəffaf keçirilməsi məqsədilə nəzarətçilərə təlimlər keçirilib və sessiya müddətində apellyasiya komissiyası da fəaliyyət göstərir.


 Bununla yanaşı, son günlərdə yayılan “qadın tələbələrin saç rezini ilə əlaqədar olaraq imtahan zalından çıxarılması” iddialarına da münasibət bildirilib.


Universitet bu barədə heç bir faktın qeydə alınmadığını açıqlayıb.


Qeyd edək ki, imtahan sessiyası iyul ayının ilk həftəsinə qədər davam edəcək.



Həmçinin oxuyun:
Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

BSU-da imtahanların gedişatı ilə əlaqədar mediatur keçirilib

BSU-da imtahanların gedişatı ilə əlaqədar mediatur keçirilib

Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR?!

Bakı Slavyan Universitetində yaz semestrinin imtahan sessiyası

Bakı Slavyan Universitetində yaz semestrinin imtahan sessiyası

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

ADNSU-da bütün imtahanlar onlayn şifahi formatda keçiriləcək

ADNSU-da bütün imtahanlar onlayn şifahi formatda keçiriləcək

Qış imtahanlarından “2” alan tələbələr - MÜZAKİRƏLƏR BAŞLADI

Qış imtahanlarından “2” alan tələbələr - MÜZAKİRƏLƏR BAŞLADI

ADNSU-da imtahanların hamısı onlayn şifahi formatda keçiriləcək – Rektor Mustafa Babanlı

ADNSU-da imtahanların hamısı onlayn şifahi formatda keçiriləcək – Rektor Mustafa Babanlı

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2024-cü il uğurları: 200-dən çox şagird və müəllim təltif olundu

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi