Heydər Əliyev Mərkəzinin parkında "Uşaq festivalı" keçirilib
İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında "Uşaq festivalı" keçirilib.
AzTehsil.com xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda uşaqların müxtəlif maraq dairələrinə uyğun əyləncə zonaları yaradılıb.
Festivala Vətən uğrunda şəhid olan qəhrəmanların övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb.