Naxçıvanda müəllim çatışmazlığı var? - Nazirdən CAVAB
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində müəllim çatışmazlığı yoxdur.
AzTehsil.com xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu sözləri Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi son iki ildə ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən Müəllimlərin İşə Qəbulu prosesinə qoşulub.