Universitet müəllimliyi üçün işə qəbul imtahanı... RƏSMİ
Universitet müəllimliyi üçün işə qəbul imtahanı tətbiq oluna bilər? - RƏSMİ
Bir çox ölkədə universitetlərə müəllim qəbul etmədən əvvəl imtahanlar keçirilir. Bu imtahanlar, müəllimlərin peşəkar səviyyəsini və ixtisaslaşmalarını qiymətləndirmək məqsədini güdür.
Məlumdur ki, bizim ölkədə təhsilverənlər orta məktəblərdə fəaliyyət göstərməsi üçün Müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahana cəlb olunur.
Bəs, görəsən, bu proses ali məktəblərə qəbul zamanı da tətbiq edilə bilərmi? Yəni universitetlərdə fəaliyyət göstərmək istəyən müəllimlər üçün MİQ imtananının təşkil edilməsi planlaşdırılırmı?
AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq dövlət ali təhsil müəssisələri öz işlərini müstəqil surətdə planlaşdırmaq, təlim-tərbiyə, elmi-tədqiqat, metodik, maliyyə-təsərrüfat, iqtisadi, kommersiya və s. məsələləri sərbəst surətdə həll etmək hüququna malikdirlər.