AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
29 may 2025
966

Məktəb direktorları hələ də tanışlıqla seçilir



Direktor olmaq istəyirəm.

 –Tanışın var?


Son illər təhsildə islahatların dərinləşdirilməsi istiqamətində atılan addımlar arasında məktəb direktorlarının mərkəzləşdirilmiş imtahan və müsahibə yolu ilə seçilməsi xüsusi önəm daşıyır.


Bu yanaşma təyinatlarda şəffaflığı və obyektivliyi artırmaq məqsədi daşısa da, təəssüf ki, bəzi hallarda bu proseslərə kölgə salan hallar da müşahidə olunur. Hələ də tanışlıq, qohumluq və kənar təzyiqlər kimi amillərin müəyyən təyinatlara təsir etdiyi hallar istisna deyil.


 AzTehsil.com bildirir ki, məsələ ilə bağlı azEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi də bu halı təəssüflə bildirib:


 “Təəssüf ki, bəzi hallarda tanışlıq və qohumluq amili hələ də keçərlidir. Bu, adətən ya müsahibə mərhələsində, ya da müsahibəyə qədərki mərhələdə baş verir. Biz hələ də bu prosesdə bütün yan təsirləri və təzyiqləri tam aradan qaldıra bilməmişik. Bu səbəbdən düşünürəm ki, Elm və Təhsil Nazirliyinin bu məsələdə sərbəst qərar verməsinə tam imkan yaradılmalıdır. Direktor təyinatı zamanı kiminsə tanışı, kiminsə qohumu olması kimi hallar aradan qaldırılmalıdır”.


Ekspert vurğulayır ki, əgər bir şəxsin idarəetmə bacarığı, pedaqoji hazırlığı, kollektivlə işləmək qabiliyyəti və ümumilikdə rəhbərlik etmək potensialı yoxdursa, o zaman həmin şəxsin təhsil müəssisəsinə rəhbər təyin olunması, birbaşa həm şagirdlərin, həm də müəllimlərin gələcəyi ilə oynamaq deməkdir:


“Bu səbəbdən düşünürəm ki, biz bu məsələdə konkret qanunvericilik çərçivəsində prosesi şəffaf və obyektiv şəkildə aparmalıyıq. Təbii ki, Elm və Təhsil Nazirliyini başa düşürəm. Bəzi hallarda təzyiqlər olur - bu, əvvəlki dövrlərdə daha qabarıq şəkildə müşahidə olunurdu. Son zamanlarda müəyyən qədər azalma var. Təxminən son 10 ildə bu təzyiqlər bir qədər səngiyib. Xüsusilə son 2-3 ildə artıq nazirlik daha sərbəst şəkildə, özünün doğru bildiyi namizədləri təyin edə bilir. Yəni təzyiqlər müəyyən qədər azalıb, amma yenə də tam olaraq yoxa çıxmayıb, hələ də mövcuddur. Yaxşı olar ki, həm təzyiq göstərən tərəf, həm də direktor olmaq istəyən namizədlər başa düşsünlər ki, şagirdlərin və müəllimlərin gələcəyinə təsir edir”.


 



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Fərdi Təlim ,Yanaşma Və Uşaqların Təhsili

Fərdi Təlim ,Yanaşma Və Uşaqların Təhsili

Metodbirləşmələr

Metodbirləşmələr

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Xüsusi qabiliyyəti  olan uşaqlarla işin reallaşdırılması mexanizmi

Xüsusi qabiliyyəti olan uşaqlarla işin reallaşdırılması mexanizmi