AzTehsil.com

Xəbərlər / test / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
27 may 2025
1 284

MİQ-də bu mövzulardan düşəcək - Müəllimlərin NƏZƏRİNƏ!



MİQ-də bu mövzulardan düşəcək - Müəllimlərin NƏZƏRİNƏ!

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində müəllimlərə Azərbaycan dili və ədəbiyyat üzrə 40 sual təqdim ediləcək.

AzTehsil.com-  Təhsil İnstitutunun təqdim etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədinə əsasən, xəbər verir ki, namizədlər oxu üzrə 10, yazı üzrə 3, dil qaydalarıdan 12, ədəbiyyat və həyat həqiqətləri mövzusundan isə 15 sualı cavablandırmalı olacaqlar. 


Məzmun sahələri üzrə mövzuları təqdim edirik:

1. Oxu

1.1. Mətn üzrə fəaliyyətlər

• Mətnin xüsusiyyətlərinin müəyyən edilməsi

• Mətnin tərkib hissələrinin (giriş, əsas hissə, nəticə) müəyyən edilməsi

• Kontekstə əsasən söz və ifadələrin mənasının müəyyən edilməsi

• Mətnin üslubuna görə fərqləndirilməsi

• Mətnin üslub və struktur xüsusiyyətlərinə görə təhlil edilməsi

• Mövzu və ideyanın müəyyən edilməsi

• Səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi

• Mətndə problemin müəyyən edilməsi

• Mətn tiplərinin (nəqli, təsviri, mühakimə) müəyyən edilməsi

• Obrazların səciyyələndirilməsi


2. Yazı

• Durğu işarələrinin işlənmə qaydası

• Plan tərtib edilməsi

• Əməli yazılar (ərizə, tərcümeyi-hal, akt, məktub və s.)

• Ədəbi dilin normalarının (nitq mədəniyyətinin) yoxlanılması

• Ədəbi dilin üslublarının yoxlanılması


3. Dil qaydaları

3.1. Fonetika

• Saitlərin, samitlərin yazılışı və tələffüzü

• Sözün hərf və səs tərkibi

• Ahəng qanunu

• Heca

• Vurğu

• Fonetik təhlil


3.2. Leksika

• Sözün leksik və qrammatik mənası

• Sözün həqiqi və məcazi mənası

• Çoxmənalı sözlər

• Omonimlər

• Sinonimlər

• Antonimlər

• Frazeoloji birləşmələr

• Terminlər

• Leksik təhlil


3.3. Söz yaradıcılığı

• Kök və şəkilçi

• Sözün quruluşca növləri (bütün nitq hissələrini əhatə edir)

• Mürəkkəb sözlərin yaranma yolları və orfoqrafiyası

• Sözün başlanğıc forması

• Sözün tərkibinə görə təhlili


3.4. Morfologiya

3.4.1. Əsas nitq hissələri

• İsim: Quruluşca növləri, qrammatik kateqoriyaları (hal, mənsubiyyət, şəxs, kəmiyyət), ümumi və xüsusi isimlər, konkret və mücərrəd isimlər, atributivləşməsi, sintaktik vəzifələri

• Sifət: Quruluşca növləri, əlamət və keyfiyyət bildirməsi, müqayisə dərəcələri, substantivləşməsi, sintaktik vəzifələri

• Say: Quruluşca və mənaca növləri, substantivləşməsi, orfoqrafiyası, sintaktik vəzifələri

• Əvəzlik: Quruluşca və mənaca növləri, sintaktik vəzifələri

• Feil: Hərəkətin obyekti və subyekti, quruluşca növləri, təsdiq və inkar, təsirli və təsirsiz, qrammatik məna növləri, şəxsə və kəmiyyətə görə dəyişən və dəyişməyən formaları, sintaktik vəzifələri, “idi”, “imiş”, “isə” hissəcikləri

• Zərf: Quruluşca və mənaca növləri, sintaktik vəzifələri


3.4.2. Köməkçi nitq hissələri

• Qoşma: Mənaca növləri, orfoqrafiyası, durğu işarələri, sintaktik vəzifələri

• Bağlayıcı: Quruluşca və mənaca növləri, durğu işarələri, cümlədə rolu

• Ədat: Quruluşca və mənaca növləri, orfoqrafiyası, durğu işarələri, cümlədə rolu

• Modal sözlər: Quruluşca və mənaca növləri, durğu işarələri, cümlədə rolu

• Nida: Quruluşca növləri, orfoqrafiyası, cümlədə rolu

• Yerinə görə nitq hissələrinin bir-biri ilə oxşarlığı

• Sözün morfoloji təhlili


3.5. Sintaksis

• Söz birləşmələri və növləri (ismi və feili birləşmələr, mürəkkəb adlar)

• Sintaktik əlaqələr: tabesizlik, tabelilik (uzlaşma, idarə, yanaşma)

• Cümlə üzvləri: mübtəda və xəbər (xüsusiyyətləri və ifadə vasitələri)

• İkinci dərəcəli üzvlər: tamamlıq, təyin, zərflik

• Həmcins üzvlər və ümumiləşdirici sözlər, durğu işarələri

• Cümlədə söz sırası, məntiqi vurğu, əlavələr, xitab, ara sözlər və onlara aid durğu işarələri

• Cümlənin növləri: məqsəd və intonasiya, şəxsə və quruluşa görə

• Vasitəsiz və vasitəli nitq, durğu işarələri

• Sintaktik təhlil

• Yazının növləri


4. Ədəbiyyat və həyat həqiqətləri

4.1. Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı ədəbiyyat

• Nağıllar və əfsanələr

• “Kitabi-Dədə Qorqud” boyları

• Klassiklər: Xaqani, Nizami, Nəsimi, Xətai, Füzuli və s.

• Aşıq ədəbiyyatı: Koroğlu eposu, Aşıq Ələsgər və s.

• Maarifçilik dövrü: Axundzadə, Vaqif, Seyid Əzim və s.

• Realizm və XX əsr: Cəlil Məmmədquluzadə, Sabir, Cavid, Hadi, Cabbarlı və s.

• Müasir dövr: Anar, Elçin, İlyas Əfəndiyev, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza və s.

• Dünya ədəbiyyatı: İvan Krılov, Ernest Heminquey, Mehmet Akif Ərsoy, Çingiz Aytmatov

4.2. Mövzulararası əlaqə

4.3. Ədəbiyyat nəzəriyyəsi

• Nəzm və nəsr

• Azərbaycan şeirində vəznlər

• Ədəbi növlər və janrlar

• Bədii əsərdə həyat hadisələrinin əks olunması

• Bədii gülüş

• Bədii əsərin quruluşu: süjet və kompozisiya

• Bədii dil: təsvir və ifadə vasitələri


Sənəddə qeyd olunub ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Ədəbiyyat fənni (hər iki bölmədə) üzrə mətn əsasında tapşırıqların verilməsi nəzərdə tutulur. Azərbaycan dili və ədəbiyyat fənni üzrə verilmiş əsərlərin tam versiyasını (bütöv şəkildə ixtisarsız) oxumaq tövsiyə edilir.


Azərbaycan dili və ədəbiyyat fənni üçün tövsiyə olunan əsərlər:

1. “Həmzənin Qıratı qaçırması” – “Koroğlu” dastanından parça

2. Cəlil Məmmədquluzadə – “Anamın kitabı”

3. Cəfər Cabbarlı – “Oqtay Eloğlu”

4. Səməd Vurğun – “Vaqif”

5. İlyas Əfəndiyev – “Xurşidbanu Natəvan”

6. Əhməd Cavad – “Səsli qız” (poema)

7. Hüseyn Cavid – “İblis” (faciə)


Rus dili və ədəbiyyat fənni üçün tövsiyə olunan əsərlər:

1. Mirzə Fətəli Axundzadə – “Aldanmış kəvakib”

2. Aleksandr Puşkin – “Yevgeni Onegin”

3. Mixail Lermontov – “Zəmanəmizin qəhrəmanı”


Xatırladaq ki, bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).


Qeyd edək ki, müsabiqə üzrə qeydiyyat 29 may saat 11:00-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər



Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb