Bugün 6-cı siniflər üzrə monitorinq keçiriləcək
Bugün 6-cı siniflər üzrə monitorinq imtahanı keçiriləcək.
AzTehsil.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.
O bildirib ki, indiyə qədər monitorinqlər 4-cü siniflər üzrə aparılıb.Yalnız üzrlü səbəblər olduğu halda iştirakdan azad olunma mümkündür.
Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır və monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına və sinifdən-sinfə keçidlərinə təsir göstərmir.
Qeyd edək ki, bu ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 000 şagird kompüter əsaslı monitorinqə cəlb olunub.
Şaqurdlarıma uğurlar arzulayırıq!