AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Ziyalılar
21 mart 2025
417

Elmi şurasının növbəti iclası keçirilib



Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

AzTehsil.com xəbər verir ki, bu barədə institutdan məlumat yayılıb. Bildirilib ki, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev iclasda institutun bir sıra doktorant və dissertantının elmi fəaliyyətinin, tapşırıqların icra vəziyyətinin, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərmanın icrasından irəli gələn vəzifələrin, 2025-ci ildə keçirilməsi nəzərdə tutulan elmi toplantılar, “Qarabağ və Şərqi Zəngəzurun demoqrafik profili” adlı monoqrafiyanın hazırlanması və digər cari məsələlərin müzakirə ediləcəyini bildirib.

Sonra institutun şöbə müdiri Aytən Nəbiyeva çıxış edərək struktur bölmələrdə aktual problemlərə həsr olunmuş məqalələrin nəşri, aparılan tədqiqatlarla bağlı icmalların hazırlanması, eləcə də institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyətinə dair ətraflı məlumat verib.

Şöbə müdiri dosent Fərhad Yusifov “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı haqqında çıxış edib. O bildirib ki, Konsepsiyada dövlət idarəetmə sistemlərinin rəqəmsallaşdırılması, rəqəmsal inkişafın arxitekturasının qurulması, ümumilikdə ölkə üzrə rəqəmsal inkişaf ekosisteminin formalaşdırılması, rəqəmsal hökumət arxitekturasının qurulması kimi mühüm məsələlər öz əksini tapıb.

F.Yusifov bildirib ki, konsepsiyada rəqəmsal iqtisadiyyatın inkişafı, rəqəmsal məhsul və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, rəqəmsallaşdırma proseslərinin optimallaşdırılması, özəl sektorun rəqəmsallaşdırılmasının dəstəklənməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm strateji vəzifələr qoyulub.

Akademik Rasim Əliquliyev çıxış edərək institutun fəaliyyətinin elmi-nöqteyi nəzərdən Rəqəmsal İnkişaf Konsepsiyasında qarşıya qoyulan vəzifələrə uyğun təşkil olunduğunu, bu elmi qurumda prioritet istiqamətlərdə aparılan bütün tədqiqatların dövlət başçısı tərəfindən müvafiq sahədə qəbul edilən fərman və sərəncamların icrasına yönəldiyini vurğulayıb.

“Konsepsiyanın əsas məqsədi ölkə səviyyəsində rəqəmsal dövləti qurmaqdır”, - deyən alim bu sənədi elmi nöqteyi-nəzərdən yüksək qiymətləndirib, institut əməkdaşlarına Konsepsiyanın əsas müddəaları ilə yaxından tanış olmağı, bu sənəddən irəli gələn vəzifələrin icrasında fəal iştirak etməyi tövsiyə edib.

AMEA-nın vitse-prezidenti, həmçinin ölkəmizdə elektron dövlətin meydana gəlməsi və təşəkkülü tarixinin araşdırılmasının vacibliyini vurğulayıb.

Akademik Rasim Əliquliyev 2025-ci ildə keçirilməsi nəzərdə tutulan elmi toplantılar haqqında da məlumat verib. İl ərzində “AzScienceNet”in mövcud vəziyyəti, imkanları və perspektivləri, rəqəmsal tibb 4.0: problemləri, müasir incəsənət məkanında süni intellekt problemləri və digər aktual mövzulara həsr olunmuş tədbirlərin keçiriləcəyini söyləyib.


Daha sonra AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, Zemfira Rəhimova və Minarə Manaflının “Qarabağ və Şərqi Zəngəzurun demoqrafik profili” adlı monoqrafiyası ilə bağlı professor Məsumə Məmmədova çıxış edib. Alim monoqrafiyanın əsas məzmunu, aparılan tədqiqatlar və əldə olunan əsas nəticələr haqqında ətraflı məlumat verib.

İclasda institutun elmi katibi Nərmin Adıgözəlova da Azərbaycan Elm Fondunun elan etdiyi 14-cü “Mobillik qrantı”, “Əsas Qrant Müsabiqəsi-2025”, Gənc alim və tədqiqatçıların 9-cu qrant müsabiqəsi və digər müsabiqələr haqqında məlumatları diqqətə çatdırıb.

Tədbirdə, həmçinin bir sıra cari məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.



Həmçinin oxuyun:
AMEA – da yeni İnstitut yaradılır

AMEA – da yeni İnstitut yaradılır

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Metodbirləşmələr

Metodbirləşmələr

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Təhsil Nazirliyinin adı dəyişdirildi – FƏRMAN

Təhsil Nazirliyinin adı dəyişdirildi – FƏRMAN