Sertifikatlaşdırma ilə bağlı görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə növbəti görüş keçirilib.
AzTehsil.com xəbər verir ki, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə BŞTİ-nin İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Metodiki dəstək mərkəzinin şöbə müdiri Aynur Rüstəmova, Təhsil İşçilərinin sertifikatlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi Fəridə Həsənli, biologiya fənni üzrə mütəxəssis, Əməkdar müəllim Nüşabə Məmmədova, coğrafiya fənni üzrə mütəxəssis Vüsalə Quliyeva, fizika fənni üzrə mütəxəssis, Əməkdar müəllim Sona Hacılı, Binəqədi və Suraxanı rayonları üzrə kimya, biologiya, coğrafiya, informatika və fizika müəllimləri iştirak ediblər.
BŞTİ-nin sektor müdiri Aygün Bayramova təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsədin ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarət olduğunu bildirib.
Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Metodiki dəstək mərkəzinin şöbə müdiri Aynur Rüstəmova təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıblar.
Biologiya fənni üzrə mütəxəssis N.Məmmədova, coğrafiya fənni üzrə mütəxəssis V.Quliyeva, fizika fənni üzrə mütəxəssis S.Hacılı sertifikatlaşdırma prosesi ilə bağlı fikirlərini bildirib, bu baxımdan təhsil işçilərinin üzərinə düşən vəzifələrdən söz açıblar.
Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi barədə geniş məlumat verilib.

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Oxu və Paylaş ! Metodiki Birləşmənin ƏSASNAMƏSİ

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sertifikatlaşdırma ilə bağlı görüş keçirilib

Sertifikatlaşdırma ilə bağlı görüş keçirilib

Məktəb həkiminin işi haqqında təlimat

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Sertifikasiya Qaydaları

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

BŞTİ – də sertifikatlaşdırma ilə bağlı görüş keçirilib

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məktəb laborantının vəzifə təlimatı

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Pedaqoji Lüğət

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

İlham Əliyev 2 nömrəli texniki-humanitar liseydə yaradılan şəraitlə tanış olub - FOTOLAR

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI