Bakıda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb
Ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinib.
Bakı Baş Səhiyyə Mərkəzinin hazırladığı hesabata görə, 2022-ci il üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində aşkar olunmuş xəstəliklər arasında göz xəstəlikləri 25% (əsasən yaxıngörmə), həzm sistemi 20% (əsasən stomatoloji), tənəffüs sistemi 13,5% (əsasən LOR), sümük-əzələ sistemi 12,3% (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.
Məlumat üçün bildirək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tapşırığına uyğun olaraq, 2022-ci ilin fevral ayından etibarən təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyası prosesi gücləndirilib. Bu məqsədlə uşaqlara ambulator tibbi xidmət göstərən uşaq poliklinikaları tərəfindən tərtib olunmuş müayinə planına uyğun olaraq, həkim briqadaları yenidən təşkil olunub və uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirləri sürətləndirilib.
Qeyd edək ki, ilkin tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən aşkar edilməsi və müvafiq sağlamlaşdırma tədbirlərinin aparılması məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) rəhbərliyinin tapşırığına əsasən, təhsil müəssisələri və o cümlədən valideynlər arasında sanitar-maarif işinin təşkili istiqamətində ciddi tədbirlər həyata keçirilib.Oxu.Az

Məktəb həkiminin işi haqqında təlimat

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Sual:Evdə təhsil necə təşkil olunur?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

İdarəetmə səviyyələri və idarəetmə prosesləri

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

TƏBİB ARB kanalının aparıcılarının səsləndirdiyi ittihamları cavablandırıb

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər