Uşaqlar üçün sevgi nədir? - MÖHTƏŞƏM CAVABLAR
4-8 yaş arası uşaqlara “Sevgi nədir?“ sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb.
Uşaqların dünyasında sevgi nədir?
Rebeka (6 yaş) - Mənim nənəm artritdən əziyyət çəkəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına boya çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə öz əlləri etməkdən usanmırdı. Bu, sevgidir.
Billi (4 yaş) - Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.
Krissi (6 yaş) - Sevgi - bir yerə yeməyə getdiyində qarşılığında heç nə istəmədən qızarmış kartoflarının yarısını həmin adama verməkdir.
Terri (4 yaş) - Sevgi – yorulanda belə səni gülməyə məcbur edən yeganə şeydir.
Denni (7 yaş) - Sevgi - anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.
Emili (8 yaş) - Sevgi o zaman yaşanır ki, həmişə öpüşərsiniz. Öpüşməkdən yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.
Noel (7 yaş) - Sevgi – bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.
Kris (7 yaş) - Sevgi - anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.
Meri Enn (4 yaş) - Sevgi – itini bütün günü evdə yalnız buraxsan da yenə də gəlib qarşında oturmasıdır.
Cesika (8 yaş) - Əgər sən sevmirsənsə, heç bir halda “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə unudurlar.