Təhsil naziri: "1-5 yaşlı uşaqların 32 %-i məktəbəqədər təhsilə cəlb edilib"
“Hazırda 1-5 yaşlı azyaşlıların 32 %-i məktəbəqədər təhsilə cəlb edilib".
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, növbəti 5 il ərzində bu rəqəmin 50 %-ə çatdırılması planlaşıdırılır.
"Dövrün sonuna 100 min uşağın bu təhsilə cəlbi nəzərdə tutulub", - deyə nazir qeyd edib.
E.Əmrullayev həmçinin bildirib ki, ilin sonuna 137 min təhsilverənin sertifikasiyası və 68 min heyətin differensial əmək haqqı sisteminə cəlb olunacaq.