Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI
Azərbaycanda koronavirusa 333 yeni yoluxma qeydə alınıb, 187 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb.
Ölkədə indiyədək 796 474 nəfər koronavirusa yoluxub. Onlardan 784 840 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 899 nəfərdir.
Ölkədə son sutka ərzində 2 945, hazırkı dövrədək isə 7 024 138 test aparılıb.