Xəbərlər / Müəllim
05 iyul 2022
1 442


Gəncə məktəbindəki qalmaqal BÖYÜYÜR


Bir neçə gün əvvəl Gəncədə İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsilə bağlı məlumat yayılmışdı. Məktəb direktorunun intihara cəhd etməsi faktı cəmiyyətdə geniş rezonansa, müzakirələrə səbəb olmuşdu. 


Məlum oldu ki, intihara cəhd edən M.Qarayeva bir il əvvəl Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət alıb. Fəaliyyətində yol verdiyi nöqsanlara görə, Gəncə Şəhər Təhsil İdarəsi ona xəbərdarlıq edib. Lakin direktor bunlardan dərs çıxarmayıb, məktəbin ingilis dili müəllimini ölkədə olmadığı halda işdə saxlayıb, adı məktəbdə getsə də, əvəzində onun əməkhaqqını mənimsəyib.


İntihara cəhd hadisəsindən sonra mətbuata açıqlama verən məktəb direktoru bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq istəməsidir. Direktor həmçinin buna görə məktəbdə monitorinq təşkil edildiyini, şantaj olunduğunu qeyd edib. Onun sözlərinə görə, artıq yerinə namizəd də tapılıb. O, bütün bunlara dözə bilmədiyinə görə intihara əl atdığını açıqlayıb.


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi isə həmin vaxt yaydığı açıqlamada İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığını qeyd edib.


Həmçinin bildirilib ki, həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Həsənovanın da öz vəzifə öhdəliklərini lazımınca və qanuna uyğun həyata keçirmədiyi də müəyyənləşib.


“Belə ki, T.Həsənovanın əmək funksiyasına uyğun olaraq tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətinin istiqamətləndirilməsi, təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilinin həyata keçirilməsi, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələlərinin işinə rəhbərlik və nəzarəti həyata keçirmək olsa da, bu tələblər kobud şəkildə pozulub. Dərs prosesində iştirak etməyən müəllimin müyyənləşdirilmiş siniflərdə jurnallarının yazılması məsələsində müvafiq təlimatın tələbləri yerinə yetirilməyib.


T.Həsənovanın məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi məsələsindən birbaşa xəbərdar olub".


“Qafqazinfo” ilə əlaqə saxlayan Tahirə Həsənova isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin onun haqqında dediklərinin həqiqəti əks etdirmədiyini bildirib: “Haqqımda yazılan məlumatlar yalandır. 46 ildir təhsil sahəsində işləyirəm, heç bir nöqsanım olmayıb və işimin öhdəsindən də çox yaxşı gəlirəm”.


Tahirə Həsənova qeyd edib ki, adı hallanan müəllimə (ingilis dili –red.) heç Azərbaycan bölməsinin müəllimi deyil: “Mən Azərbaycan bölməsində dərs hissə müdirəsiyəm, həmin müəllimə isə rus sektorunun müəlliməsidir. Mən haqqımda deyilənləri qəbul etmirəm. Məlum hadisədə mənim heç bir rolum yoxdur.  Rus bölməsinin öz  təlim-tərbiyə işləri üzrə direktor müavini var”.


Tahirə Həsənova eyni zamanda vurğulayıb ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev onunla prinsip apardığı üçün bu işdə adını çəkdirib: “Anar  Qədiməliyev mənim həyat yoldaşım, əməkdar müəllim İlham Həsənovu qərəzli şəkildə işdən kənarlaşdırıb. Yoldaşım 8  kitabın müəllifidir və yazıçılar birliyinin üzvüdür. Anar Qədiməliyev yoldaşımı yaş həddi səbəbindən, qərəzli şəkildə işindən uzaqlaşdırıb. Yoldaşım haqqını tələb etdiyi üçün Anar Qədiməliyev məndən heyf çıxaraq bu məsələdə adımı hallandırır.


Yenə qeyd edirəm, adıçəkilən müəllimə mənim sektorumdan deyil. O, rus sektorunun müəllimidir. Özü də o işləri direktor ilin əvvəlində onu başqa təlim-tərbiyə işləri üzrə direktor müavinə, müəlliməyə həvalə edib”.


Direktorun müavini eyni zamanda qeyd edib ki, adı çəkilməyən ingilis dili müəllimi qeyd edilən tarixdə analıq məzuniyyətində olub: “Analıq məzuniyyətində olan müəllimə dərs yazmaq mümkün deyil. Bu qanunauyğun deyil, yəni yaydıqları məlumatlar tamamilə səhvdir”.


Tahirə Həsənova, həmçinin qeyd edib ki, məsələ ilə bağlı hazırda hüquq mühafizə orqanları araşdırma aparır: “Hüquq mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır, nəticələr açıqlanmamış, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi nəticə çıxarır. Araşdırmaların bitməsini gözləmirlər”.







Загрузка...
Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

İntihara cəhd edən məktəb direktoru ilə bağlı ŞOK İDDİALAR

İntihara cəhd edən məktəb direktoru ilə bağlı ŞOK İDDİALAR

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ən yaxşı ingilis dili kursları hansılardır?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Təhsil Şöbəsində görünməmiş saxtakarlıq – İDDİA

Təhsil Şöbəsində görünməmiş saxtakarlıq – İDDİA

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllim neçə töhmətdən sonra işdən uzaqlaşdırıla bilər?

Müəllim neçə töhmətdən sonra işdən uzaqlaşdırıla bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar