Emin Əmrullayevdən ÇAĞIRIŞ
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak etməyə çağırıb.
AzTehsil.com Tehsil.biz-ə istinadən xəbər verir ki, çağırışda deyilir:
“Hörmətli gənclər, Azərbaycan hazırda öz inkişafının çox önəmli bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra ölkəmizdə köklü yenidənqurma və bərpa işlərinə başlanılmışdır. İşğaldan azad edilmiş torpaqlarımızın və həmin torpaqlarda yaşayışın bərpası, o cümlədən, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün insan amili müstəsna rol daşıyır. Düşünürəm ki, istedadlı və bacarıqlı insanların ölkəmizdə idarəetməyə cəlb edilməsi ölkəmizin qarşısında duran vacib vəzifələrin həllində önəmli rol oynayır. Bu baxımdan ölkə rəhbərliyi tərəfindən təsdiq edilmiş “Yüksəliş” müsabiqəsi Azərbaycan gənclərinə böyük imkanlar və fürsətlər yaradır. Bildiyiniz kimi, ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə artıq start verilmişdir. Xüsusilə, Azərbaycanın təhsil sisteminə öz töhfələrini vermiş müəllimlər, gənc mütəxəssislər və tədqiqatçılarımız, öz təhsilini xaricdə başa vurmuş və ya təhsilini xaricdə davam etdirən gənclərimiz üçün “Yüksəliş” müsabiqəsi olduqca önəmli bir fürsətdir. Sizin hər birinizi bu dəyərli fürsətdən istifadə etməyə və “Yüksəliş” müsabiqəsində iştirak etməyə çağırıram”.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Qeyd edək ki, fevralın 17-dən etibarən ikinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat martın 31-dək davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir.
Təhsil naziri “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib VİDEO
“Yüksəliş” müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib - FOTO
Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 10 mindən çox namizəd qeydiyyatdan keçib
“Yüksəliş” müsabiqəsinin yarımfinalçıları nazirlə görüşdü
İşğaldan azad olunan ərazilərimizdə idarəetmə ilə bağlı VACİB YENİLİK
“Qarabağ Dirçəliş Fondu” yaradıldı - FƏRMAN
“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib
Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”
“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna başlayır
Qarabağda artan iqtisadi qüdrət sülh naminədir
Emin Əmrullayev: “Ali məktəblərə “Tədqiqat universiteti” statusu veriləcək”
Yeni dərsliklər hazırlanacaq – Nazir əsas səbəbi AÇIQLADI
Müharibədən sonra günü-gündən çiçəklənən Ağdam.
“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib
Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi
UNEC-də konfrans: “Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər”
İlham Əliyev Müstəqillik Günü haqqında yeni qanunu imzalayıb
Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ
Müasir və yaradıcı təhsil təşkilatçısı
Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!
Bayrağımız Şuşa qalasında belə asıldı - FOTO