Xəbərlər
08 aprel 2021

“Yüksəliş” müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib - FOTO

 

Aprelin 8-də  "Yüksəliş” müsabiqəsinin İşçi qrupu tərəfindən növbəti vebinar keçirilib. Vebinarda təhsil naziri Emin Əmrullayev "XXI əsrin tələbi: təhsil və əmək bazarı” mövzusunda təqdimatla çıxış edib.

Vebinarın moderatoru "Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev olub.

Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan "Yüksəliş” müsabiqəsinin ölkəmizdə peşəkar kadr potensialının aşkara çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Nazir bildirib ki, müsabiqədən gözləntilər böyükdür, çünki peşəkar kadr məsələsi hər bir ölkə üçün prioritet istiqamətdir.

Nazir əmək bazarında gələcək inkişaf imkanlarının nəzərə alınmasının vacibliyini qeyd edib. Gələcəkdə kadr potensialı baxımından daha dəqiq araşdırmalar, seçimlər aparılacağını nəzərə çatdıran təhsil naziri burada əsas meyarın əhəmiyyətlilik olacağını deyib. Emin Əmrullayev vurğulayıb ki, Azərbaycanın əmək bazarı üçün vacib məsələlərdən biri iş sahəsində boşluqları düzgün müəyyən etmək və ona uyğun davranmaqdır. Nazir kadr hazırlığının da bu strategiya üzərində qurulmasının əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı müzakirə formatında aparılan vebinarda təhsil naziri iştirakçıların suallarını cavablandırıb. Emin Əmrullayev müsabiqədə yarımfinala keçən iştirakçılara təbriklərini çatdırıb və uğurlar arzulayıb.

Qeyd edək ki, vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib.

"Yüksəliş” müsabiqəsinin İşçi qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir. Hazırda müsabiqənin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 309 namizəd iştirak hüququ qazanıb.

"Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

 

 







Загрузка...
loading...

Həmçinin oxuyun:
Ermənilərin dağıtdığı tarixi məktəbdə tanınmış azərbaycanlı ziyalılar müəllimlik edib -Emin Əmrullayev

Ermənilərin dağıtdığı tarixi məktəbdə tanınmış azərbaycanlı ziyalılar müəllimlik edib -Emin Əmrullayev

Emin Əmrullayev: “Təhsil ictimaiyyətinin fikrini öyrənmək faydalıdır” - FOTO

Emin Əmrullayev: “Təhsil ictimaiyyətinin fikrini öyrənmək faydalıdır” - FOTO

Emin Əmrullayev: “IX sinifdən sonra təhsilini davam etdirməyən xeyli gənc var”

Emin Əmrullayev: “IX sinifdən sonra təhsilini davam etdirməyən xeyli gənc var”

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin sonuncu imtahanını keçirib

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin sonuncu imtahanını keçirib

Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb

Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb

Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sualları cavablandırıb

Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sualları cavablandırıb

Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə baş verib

Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə baş verib

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi 2 imtahandan ibarətdir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi 2 imtahandan ibarətdir

Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi

Yeni təhsil naziri kimdir?-DOSYE

Yeni təhsil naziri kimdir?-DOSYE

Emin Əmrullayev Təhsil naziri təyin edildi

Emin Əmrullayev Təhsil naziri təyin edildi

“Müsabiqə iştirakçıların həyatında dönüş nöqtəsi rolunu oynayacaq”

“Müsabiqə iştirakçıların həyatında dönüş nöqtəsi rolunu oynayacaq”

“Yüksəliş”in iştirakçıları ölkəmizin gələcəyini yaradacaqlar”

“Yüksəliş”in iştirakçıları ölkəmizin gələcəyini yaradacaqlar”

“Yüksəliş” müsabiqəsi Xalq Cümhuriyyətinə həsr olunan vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi Xalq Cümhuriyyətinə həsr olunan vebinar təşkil edib

Təhsil naziri müsabiqə qalibləri ilə onlayn görüşüb

Təhsil naziri müsabiqə qalibləri ilə onlayn görüşüb

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna başlayır

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna başlayır

“Yüksəliş”in onlayn imtahan hazırlığı

“Yüksəliş”in onlayn imtahan hazırlığı

Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi