Xəbərlər / Video
25 mart 2022
1 022


Təhsil naziri “Yüksəliş” müsabiqəsində iştirak üçün çağırış edib VİDEO


Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev gəncləri və peşəkar kadrları “Yüksəliş” müsabiqəsində iştirak etməyə çağırıb.


Bu barədə  Təhsil Nazirliyindən bildirilib.


Nazir deyib: “Hörmətli gənclər, Azərbaycan hazırda öz inkişafının çox önəmli bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra ölkəmizdə köklü yenidənqurma və bərpa işlərinə başlanılmışdır. İşğaldan azad edilmiş torpaqlarımızın və həmin torpaqlarda yaşayışın bərpası, o cümlədən, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün insan amili müstəsna rol daşıyır. Düşünürəm ki, istedadlı və bacarıqlı insanların ölkəmizdə idarəetməyə cəlb edilməsi ölkəmizin qarşısında duran vacib vəzifələrin həllində önəmli rol oynayır. Bu baxımdan ölkə rəhbərliyi tərəfindən təsdiq edilmiş “Yüksəliş” müsabiqəsi Azərbaycan gənclərinə böyük imkanlar və fürsətlər yaradır. Bildiyiniz kimi, ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə artıq start verilmişdir. Xüsusilə, Azərbaycanın təhsil sisteminə öz töhfələrini vermiş müəllimlər, gənc mütəxəssislər və tədqiqatçılarımız, öz təhsilini xaricdə başa vurmuş və ya təhsilini xaricdə davam etdirən gənclərimiz üçün “Yüksəliş” müsabiqəsi olduqca önəmli bir fürsətdir. Sizin hər birinizi bu dəyərli fürsətdən istifadə etməyə və “Yüksəliş” müsabiqəsində iştirak etməyə çağırıram”.


“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


Qeyd edək ki, fevralın 17-dən etibarən ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat martın 31-dək davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.


Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir.(Azertag.az)


https://video.azertag.az/site/video/137357

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

“Yüksəliş” müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib - FOTO

“Yüksəliş” müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib - FOTO

“Yüksəliş” müsabiqəsinin yarımfinalçıları nazirlə görüşdü

“Yüksəliş” müsabiqəsinin yarımfinalçıları nazirlə görüşdü

“Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 10 mindən çox namizəd qeydiyyatdan keçib

“Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 10 mindən çox namizəd qeydiyyatdan keçib

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna başlayır

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna başlayır

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

İşğaldan azad olunan ərazilərimizdə idarəetmə ilə bağlı VACİB YENİLİK

İşğaldan azad olunan ərazilərimizdə idarəetmə ilə bağlı VACİB YENİLİK

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin sonuncu imtahanını keçirib

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin sonuncu imtahanını keçirib

Nazir “Yüksəliş” müsabiqəsinin qalibinə təcrübə keçəcək – FOTO

Nazir “Yüksəliş” müsabiqəsinin qalibinə təcrübə keçəcək – FOTO

“Qarabağ Dirçəliş Fondu” yaradıldı - FƏRMAN

“Qarabağ Dirçəliş Fondu” yaradıldı - FƏRMAN

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

“Yüksəliş” müsabiqəsi Xalq Cümhuriyyətinə həsr olunan vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi Xalq Cümhuriyyətinə həsr olunan vebinar təşkil edib

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

Yeni dərsliklər hazırlanacaq – Nazir əsas səbəbi AÇIQLADI

Yeni dərsliklər hazırlanacaq – Nazir əsas səbəbi AÇIQLADI

“Yüksəliş”in iştirakçıları ölkəmizin gələcəyini yaradacaqlar”

“Yüksəliş”in iştirakçıları ölkəmizin gələcəyini yaradacaqlar”

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb

Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı açıqlanıb

Təhsil naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

Təhsil naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

UNEC-də konfrans: “Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər”

UNEC-də konfrans: “Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər”

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi 2 imtahandan ibarətdir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi 2 imtahandan ibarətdir

Müasir və yaradıcı təhsil təşkilatçısı

Müasir və yaradıcı təhsil təşkilatçısı