AzTehsil.com


Xəbərlər / Şagird
20 mart 2022
1 102


Məcburi köçkün şagirdləri üçün maarifləndirmə tədbiri keçirilib




“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin peşə təhsili ilə bağlı maarifləndirilməsi ilə bağlı ilk tədbirini keçirib.


“İşğaldan azad olunan rayonların şagirdləri arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində keçirilən tədbirə Bərdə rayonunda keçmiş məcburi köçkünlərin yaşadığı qəsəbədə fəaliyyət göstərən məktəblərin şagirdləri cəlb edilib. Tədbirə Ağdam rayonu 12, 95 saylı, Laçın rayonu 24 saylı və Kəlbəcər rayon 92 saylı tam orta məktəblərdə təhsil alan  50 nəfər şagird qatılıb.


Tədbirdə çıxış edən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur: “Layihənin əsas məqsədi şagirdləri peşə təhsilinin əhəmiyyəti, respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqdır. Həmçinin, şagirdləri doğru sənət seçiminə yönləndirmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. Layihə çərçivəsində Bərdə, Yevlax və Abşeron rayonunda fəaliyyət göstərən işğaldan azad olunan rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri üçün  məlumatlandırma sessiyasının keçirilməsi nəzərdə tutulur.


Bu gün cəmiyyətimizdə iki fərqli vəziyyətlə qarşılaşırıq. Bir tərəfdə yüzlərlə insan iş axtarır və dövlət orqanından “işsizlik” statusu alıb. Digər tərəfdə isə yüzlərlə vakant iş yeri mövcuddur. Bu gün istənilən şəxs elektron resurslara daxil olaraq istər hazırda olduğumuz Bərdə rayonunda, istərsə də qeydiyyatda olduğumuz Ağdam, Kəlbəcər, Laçın rayonlarına tabe dövlət və özəl müəssisələrdə boş iş yerilərinin olduğunu görə bilər. Bunun səbəblərini araşdıranda isə aydın bir mənzərə ilə qarşılaşırıq. Zamanında öz bacarığına, arzusuna uyğun peşə seçməyəndə gələcəkdə, özünə uyğun iş yeri tapmaq da çətin olur.


Təbii ki cəmiyyətimizdə alim, müəllim, həkim, polis, prokuror, mühəndis kimi yüksək ixtisaslı kadrlara hər zaman ehtiyac var və olacaq. Amma gəlin görək öz yaşadığımız rayonu elektrik, dülgər, aşpaz, bərbər, çilingər, xarrat, kompüter ustası, telefon ustası olmadan təsəvvür edə bilərikmi? Bu suala əksəriyyətimiz yəqin ki “Yox” cavabı verəcəyik. Sadaladığım bu peşələri isə bizə peşə məktəbləri öyrədəcək.


Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət, Təhsil Nazirliyinin təşəbbüsü ilə son illər respublikamızda onlarla müasir ixtisaslar öyrədən peşə məktəbləri yenidən qurularaq gənclərimizin istifadəsinə verilib. Biz də arzulamadığımız, özümüzü reallaşdıra bilməyəcəyimiz ixtisaslarda oxuyub, sonradan işsiz qalmaqdansa, əvvəlcədən özümüzə uyğun peşə seçə bilərik”.


Daha sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, elmlər doktoru, dosent Əfsun Sucayev şagirdlərə Peşə təhsili ilə bağlı məlumat verib.


Şagirdlər doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili  müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlər və bu sahənin gələcək inkişaf prespektivləri ilə bağlı bilgiləndirilib. Həmçinin, şagirdlərə peşə təhsili müəssisələrinə sənəd qəbulu qaydaları, portal.edu.az saytında qeydiyyat proseduru, elektron qeydiyyatdan keçən zaman tələb olunan sənədlər, ərizəçilərə verilən ixtisas seçimi, peşə təhsili müəssisələrində pulsuz təhsil, peşə təhsili müəssisələrində təhsil haqqına güzəşt imkanları, peşə təhsilinə qəbul olan tələbələrdən tələb olunan sənədlərlə bağlı məlumat verilib.


Sonda tədbir iştirakçılarına layihə çərçivəsində çap olunan “Uğur üçün düzgün peşə seç!” adlı buklet paylanılıb. Həmçinin, bukletin 160 ədədi qeyd olunan ərazidə fəaliyyət göstərən məktəblərin şagirdlərinə paylanılması üçün Ağdam rayonu 12 saylı tam orta məktəbə təhvil verilib.


Qeyd edək ki, layihə çərçivəsində peşə təhsilinə maraq göstərən şagirdlərin sənədlərinin hazırlanması və peşə seçiminə dəstək veriləcək, onlara konsultasiya xidməti göstəriləcək.azedu.az




Загрузка...
Həmçinin oxuyun:
Bərdədə məcburi köçkün müəllimlər üçün onlayn təlim keçirilib

Bərdədə məcburi köçkün müəllimlər üçün onlayn təlim keçirilib

Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib

Məcburi köçkün məktəblərində çalışan müəllimlər təlimə cəlb edilib

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

Məcburi köçkün məktəblərində şərait nisbətən əlverişsiz osla da müsbət nəticələr az deyil

Məcburi köçkün məktəblərində şərait nisbətən əlverişsiz osla da müsbət nəticələr az deyil

“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir

“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir

“Şahdağ Xeyriyyə”  İB   layihə icrasına start vermişdir.

“Şahdağ Xeyriyyə” İB layihə icrasına start vermişdir.

10 məktəb  koronavirusa görə bağlanıb

10 məktəb koronavirusa görə bağlanıb

"Təhsil" Cəmiyyəti Bakıdakı Ağdam məktəbində görüş keçirdi - FOTOLAR

"Təhsil" Cəmiyyəti Bakıdakı Ağdam məktəbində görüş keçirdi - FOTOLAR

Qarabağın bölgələrindən olan şagirdlər üçün “Təhsil Avtobusu – Qayıdış” layihəsi keçiriləcək

Qarabağın bölgələrindən olan şagirdlər üçün “Təhsil Avtobusu – Qayıdış” layihəsi keçiriləcək

Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb

Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

“Peşəyönümlü  təhsilin inkişafına  yardım”  İCTİMAİ   BİRLİYİ  LAYİHƏ İCRASINA BAŞLAMIŞDIR.

“Peşəyönümlü təhsilin inkişafına yardım” İCTİMAİ BİRLİYİ LAYİHƏ İCRASINA BAŞLAMIŞDIR.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Bu gün Kəlbəcər işğaldan azad olur

Bu gün Kəlbəcər işğaldan azad olur

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

Gənc alimlər təhsilə dəstək məqsədilə yeni layihənin icrasına başladılar

Gənc alimlər təhsilə dəstək məqsədilə yeni layihənin icrasına başladılar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təmayüllü siniflərin şagirdləri təcrübə səfərində

Peşə təmayüllü siniflərin şagirdləri təcrübə səfərində

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada