“Şahdağ Xeyriyyə” İB layihə icrasına start vermişdir.
“Şahdağ Xeyriyyə” İB layihə icrasına start vermişdir.
“Şahdağ Xeyriyyə” İB 1 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “İnternat tipli məktəblərin aztəminatlı ailələrdən olan şagirdləri ilə peşəyönümü tədbirlərinin təşkili.” adlı layihənin icrasına başlamışdır. 3 ay müddətində icra ediləcək layihənin əsas ideyası aztəminatlı ailələrdən olan şagirdləri ölkəmizdəki peşə təhsili sistemi ilə tanış etmək, əmək bazarında olan aktual peşələr barədə onları maarifləndirməkdir.
Təcrübə göstərir ki, İnternat tipli məktəblərin aztəminatlı ailələrdən olan şagirdləri təhsil müddətindən sonra əmək bazarına uyğunlaşması müəyyən problemlərlə müşayət edilir. Bu uşaqların əksəriyyəti valideyn qayğısından və nəzarətindən kənar qaldığı üçün, bir sıra həyati məsələlərin həllində təcrübəli insanlarla, böyüklərlə məsləhətləşə bilmirlər. Həyata tam hazırlaşa bilmədikləri üçün də çox vaxt həyatda uğursuzluğa düçar olurlar.
Bu yaşda məktəbli uşaqların ehtiyacı olduğu mühüm həyati məsələ onların özlərinə gələcək peşə seçmələri ilə bağlıdır. Bu uşaqların peşə seçimi normal ailələrdə böyüyən və daha yaxşı məktəblərdə oxuyan uşaqların peşəseçimindən fərqlənir. Çünki, heç internat məktəbdə onlara bu barədə məlumatlar verilmir, peşə maariflənməsi tədbirlərində aparılmır. Onların həyatda dəstəyi az olduğu üçün, dövlət, bu uşaqların oxuduğu internat bu uşaqlara dəstək verməli, peşə seçimində onlara yol göstərməlidirlər. Layihənin məqsədi bu kateqoriya uşaqlarla peşə maariflənməsi və peşəseçimi məsələlərində dəstək vermək, onları Bakıda olan peşə təhsili mərkəzləri və orada verilən peşə ixtisas təhsili haqqında ətraflı məlumatlandırmaqdır. Bu amilləri nəzərə alaraq, internat tipli məktəblərin aztəminatlı ailələrdən olan şagirdləri ilə peşəyönümü tədbirlərinin təşkili tədbirlərini aparmağı qərara aldıq.


Gənc alimlər təhsilə dəstək məqsədilə yeni layihənin icrasına başladılar

Qadınlar üçün “İnnovativ sahibkarlığın əsasları” adlı onlayn təlim

Gələcək müəllimlər üçün maarifləndirici onlayn layihənin icrasına başlamışdır.

Yeni layihənin icrasına başlanmışdır.

İnternat məktəblərinə kimlər qəbul olunur - QAYDALAR

Gənc alimlər “Virtual Məktəb”ə dəstək verdilər

Peşə təhsilinə marağın artırılması məqsədilə “Öz peşəni seç” layihəsinə start verilib

Lənkəran Dövlət Universitetində xeyriyyə aksiyası keçirilib

Milli Məclisin deputatı növbəti xeyriyyə aksiyası keçirib

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək

Azərbaycan Texniki Universitetində “İnnovativ Univesitetlər” mövzusunda dəyirmi masa təşkil olunub

İnternat məktəblərində ştat cədvəlləri necə tərtib olunur?- Fərqlər və istisnalar

AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

Filarmoniyada növbəti xeyriyyə konserti

15 tələbəyə və 2 rezidentə pulsuz göz əməliyyatı keçirilib

“Məktəblinin dostu” layihəsi

Peşə təmayüllü siniflərin şagirdləri Lənkəranda təcrübə səfərində

Peşə təmayüllü siniflərin şagirdləri təcrübə səfərində

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Məktəblinin dostları təltif edilib

"1 uşaq, 1 ümid" XEYRİYYƏ AKSİYASI

Ümumtəhsil məktəblərində peşəyönümü tədbirlərinə başlanılıb