AzTehsil.com


Xəbərlər
14 iyun 2017
2 692


“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir



“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir

 

İyunun 12-də Azərbaycan Respublikası "Təhsil” Cəmiyyəti Ağcabədi rayonunu Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayon 37 saylı məktəbdə şagirdlərlə görüş keçirib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Məcburi köçkün məktəblərində elm və təhsilə marağın təşviq edilməsi” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru, "Təhsil” Cəmiyyətinin nümayəndəsi Taleh Şahməmmədli görüşün məqsədi, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərdə elm və təhsilin təbliğ edilməsi, məktəblilərə keyfiyyətli biliklərin aşılanmasının motivasiya edilməsi məsələlərindən danışıb.
 

“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir

 

Layihənin ekspertlərindən biri, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev şagirdləri salamlayaraq onların çətin sosial şəraitdə təhsil almalarının diqqətəlayiq olduğunu vurğulayıb. E. Əliyev bildirib ki, işğal olunmuş rayonlarımızdan olan şagirdlərin və tələbələrin, bu bölgəmizin gənclərinin üzərinə ikiqat məsuliyyət düşür: "Çünki bizim torpaqlarımızı işğaldan azad etməyimizin açarı güclü elmə və təhsilə malik olmağımızdan keçir”.

Tanınmış jurnalist, layihənin eksperti Seymur Verdizadə şagirdlərdə elm və təhsilə marağın artırılmasında belə tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycanın gələcəkdə dünya miqyasında özünə layiqli yer tutması bugünkü nəslin üzərinə düşən məsuliyyətdir.

Tədbirdə çıxış edən "Moderator.az” xəbər portalının Baş redaktoru Zülfüqar Hüseynzadə hər bir xalqın və dövlətin inkişafında, qüdrətlənməsində yeganə yolun təhsil olduğunu bildirib. Bildirib ki, yeni nəslin, bugünkü məktəblilərin yaxşı təhsil alması dövlətimizin strateji maraqlarına xidmət edir.
Sonda çıxış edən məktəb rəhbərliyi və şagirdlər görüşün təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.



Загрузка...
Həmçinin oxuyun:
"Təhsil" Cəmiyyəti Bakıdakı Ağdam məktəbində görüş keçirdi - FOTOLAR

"Təhsil" Cəmiyyəti Bakıdakı Ağdam məktəbində görüş keçirdi - FOTOLAR

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

“Təhsil” Cəmiyyətinin məcburi köçkün məktəblərilə bağlı layihəsinə start verildi

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

DİM: Məcburi köçkün abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır

DİM: Məcburi köçkün abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

Müəllim və şagirdlər Özünə Yolçuluğa çağrıldı...

DİM Gəncədə tədbir keçirib

DİM Gəncədə tədbir keçirib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

Mehriban Əliyeva: “Azərbaycanda təhsil sahəsinə diqqət ən prioritet istiqamətlərdən biridir”

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

Məcburi köçkün müəllim diaqnostik qiymətləndirmədən yüksək bal topladı - FOTO

Məcburi köçkün müəllim diaqnostik qiymətləndirmədən yüksək bal topladı - FOTO

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

"Rafiq Əliyev öz şərəfli ömründə elmə, elmi ilə də millətinə qulluq edib"

"Rafiq Əliyev öz şərəfli ömründə elmə, elmi ilə də millətinə qulluq edib"

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

ADU-da Xocalı soyqırımı anıldı

ADU-da Xocalı soyqırımı anıldı