AzTehsil.com


Xəbərlər / Saglam həyat
01 mart 2022
1 217


Nəm salfetdən istifadə edənlərə həkim XƏBƏRDARLIĞI




Hazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir.


Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan evin, kompüterlərin, iş masalarının tozunun alınmasında, yeməkdən sonra əllərimizin silinməsində, ən çox da uşaqların təmizliyində və sair istifadə edirik.


Mübaliğəsiz demək olar ki, bütün qadınların çantasında nəm salfet var.


Lakin dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırdıqdan sonra bu qənaətə gəliblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar dünyanın müxtəlif bucaqlarında tez-tez baş verir. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər həm də körpələri əhatə  edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, "Sydney Morning Herald" onu ictimaiyyətə təqdim edib. Orada bildirilir ki, alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.


Dermatoloq Firayə Məmmədova deyir ki, nəm salfetlərdən istifadə həqiqətən də dəriyə zərər verir:


"Xüsusilə də həssas dərilərdə, uşaqlıq çağında eqzema keçirənlərdə, kontak dermatiti olanlarda həssaslıq daha artıq olduğu üçün bütün xəstələrdə bunun zərərini görə bilirik".


Dermatoloq söyləyir ki, nəm salfetlərin hazırlanmasında istifadə olunan kimyəvi vasitələr, spirt dərinin zədələnməsinə səbəb olur. Bu fəsadlar uşaqlarda daha ağır olur:


"Çünki uşaqların dərilərinin quruculuq funksiyası daha zəifdir. Quruculuğu zəif olduğu üçün onun sağalması da gec olur. Bəzi markalar var ki, müəyyən keyfiyyətə malikdirlər, amma istənilən halda biz nəm salfetlərin istifadəsini tövsiyə etmirik. Bununla yanaşı makiyajın da təmizlənməsində geniş istifadə olunan bu vasitə üzdə qızartıların, sızanaqların yaranmasına səbəb olur. Onu da qeyd edim ki, əgər uşaqlarda, yaxud böyük şəxslərin dərisində bununla bağlı hansısa problem yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Biz aparılan müayinə nəticəsində problemi araşdırıb müalicə təyin edirik. Xüsusi nəmləndirici kremlərdən istifadəni məsləhət görürük".


Tərkibindəki qatqı maddələrinə görə uşaqları nəm salfetlərlə silməyi qətiyyən məsləhət görməyən pediatr Günay Rəsulova bildirir ki, salfeti nəm saxlamaq üçün ona müxtəlif kimyəvi maddələr vururlar:


"Bunlar isə uşaq dərisini aşındırır, zədələyir. Onların dərisində infeksiyalaşır ki, bu da dermatitə gətirib çıxara bilər. Bundan əlavə, uşaqlarda nəm salfetlərin istifadəsi sidik yolu infeksiyalarının yaranmasına da yol açır. Nəm salfetlərin zərərlərinin digər səbəbi isə dərini nəm saxlamasıdır. Bilirsiniz ki, nəm şəraitdə də göbələk infeksiyalarının artmasına geniş şərait yaranır. Bu isə uşaqda qaşınma və səpkilər yaradır. Ona görə uşaqları təmizləmək üçün nəm salfetlərdən istifadəni qətiyyən tövsiyə etmirik. Bunun əvəzinə yaxşı olar ki, onları su ilə yusunlar və yaxşı-yaxşı qurulasınlar. Bundan başqa, pambığı adi su ilə isladıb onunla da lazım olan yerləri silmək olar. Bu halda uşağın dərisində heç bir səpki, qızartı müşahidə edilməyəcək".  Modern.az




Загрузка...
Həmçinin oxuyun:
Baş həkimdən infeksiya aşkarlanan məktəblərlə bağlı açıqlama

Baş həkimdən infeksiya aşkarlanan məktəblərlə bağlı açıqlama

Evi koronavirusdan qorumaq üçün nə etməli? Tövsiyələr

Evi koronavirusdan qorumaq üçün nə etməli? Tövsiyələr

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Bir ömrün sağlamlığı üçün 11 SADƏ QAYDA

Bir ömrün sağlamlığı üçün 11 SADƏ QAYDA

Dezinfeksiyaedici məhlullar və tibbi maskalar dəriyə ziyan vura bilər

Dezinfeksiyaedici məhlullar və tibbi maskalar dəriyə ziyan vura bilər

DİQQƏT: Bu maskalar təhlükəlidir

DİQQƏT: Bu maskalar təhlükəlidir

Allergiya niyə inkişaf edir? Allergiyanın simptomları və profilaktikası

Allergiya niyə inkişaf edir? Allergiyanın simptomları və profilaktikası

Məktəblər bağlanandan sonra keçirilən mövzular qəbul imtahanlarına salınacaq?

Məktəblər bağlanandan sonra keçirilən mövzular qəbul imtahanlarına salınacaq?

Mobil telefonlar beyin xərçəngini yaradır?

Mobil telefonlar beyin xərçəngini yaradır?

Yayda vaksin vurduranların DİQQƏTİNƏ: Günəş altında ...

Yayda vaksin vurduranların DİQQƏTİNƏ: Günəş altında ...

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Xanımlara xəbərdarlıq: Maska taxanda bunu etməyin - AÇIQLAMA

Xanımlara xəbərdarlıq: Maska taxanda bunu etməyin - AÇIQLAMA

“Qara göbələk” dəhşəti dünyaya yayıla bilər? - Professor

“Qara göbələk” dəhşəti dünyaya yayıla bilər? - Professor

Alimlər koronavirusla mübarizənin TƏBİİ VASİTƏni tapdılar

Alimlər koronavirusla mübarizənin TƏBİİ VASİTƏni tapdılar

Təbaşir uşaqlar üçün hansı xəstəliyi yaradır?

Təbaşir uşaqlar üçün hansı xəstəliyi yaradır?

Uşaqlarda qurdları təmizləyən TƏBİİ RESEPTLƏR

Uşaqlarda qurdları təmizləyən TƏBİİ RESEPTLƏR

Uşaqlar arasında koronavirusun yayıldığı təhlükəli yaş dövrü açıqlandı

Uşaqlar arasında koronavirusun yayıldığı təhlükəli yaş dövrü açıqlandı

Yaxın zamanda yoxa çıxmaq təhlükəsi ilə üzləşən peşələr

Yaxın zamanda yoxa çıxmaq təhlükəsi ilə üzləşən peşələr

Bronxial problemi olanların nəzərinə- Faringit, bronxial astma, laringit...

Bronxial problemi olanların nəzərinə- Faringit, bronxial astma, laringit...

Koronavirusun yüngül formasını müalicə edən 2 SADƏ VASİTƏ

Koronavirusun yüngül formasını müalicə edən 2 SADƏ VASİTƏ

Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır

Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır

"Əgər Bakı Tikiş Evinin tikdiyi geyimlər gigiyenik normalara cavab verirsə alın, yoxsa məsləhət deyil”

"Əgər Bakı Tikiş Evinin tikdiyi geyimlər gigiyenik normalara cavab verirsə alın, yoxsa məsləhət deyil”

Qızılgül ürəyi, sinirləri müalicə edir.

Qızılgül ürəyi, sinirləri müalicə edir.

Daimi yorğunluğun 5 TƏHLÜKƏLİ SƏBƏBİ

Daimi yorğunluğun 5 TƏHLÜKƏLİ SƏBƏBİ